Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova (52 kq) Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.Xəbər verilir ki, o, finalda fransalı Alisia Pulanja qalib gəlib.
Xədicə Azərbaycan tarixinin dünya çempionu olan ilk qadın cüdoçusudur.
Məhəmməd Musayev (60 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib.
Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.
Becan.az