"Fransada müsəlmanların, eləcə də miqrantların dini ayrı-seçkiliyə məruz qalması, bu ölkədə islamofobiyanın olması faktdır. Bunu təkcə müsəlmanlar deyil, vicdan azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq səviyyəli ekspertlər də təsdiqləyir. Onlar etiraf edir ki, Fransada insanlar öz inanclarına uyğun yaşamaqda çətinlik çəkir”.Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova deyib.
O, qeyd edib ki, Fransada müsəlmanlar inanclarına uyğun hərəkət etdikdə bir çox hallarda bu, qanunsuz hesab edilir:
“Müsəlman qadınların geyimləri, ümumiyyətlə, müsəlmanların dini atributlardan istifadə etməsi ilə bağlı ciddi məhdudiyyətlər var. Təsadüfi deyil ki, 2020-ci ildən indiyədək Fransada 90-na yaxın məscidin fəaliyyəti dayandırılıb. Xeyli sayda müsəlman sərbəst ibadət etmək hüququndan məhrum edilib. Bəzən müsəlmanlara qarşı neqativ münasibət məqsədli şəkildə dəstəklənir və tirajlanır. Məsələn, mediada müsəlmanlara qarşı hər hansı təhqiramiz fikir səsləndiriləndə bununla bağlı nəinki tədbir görülmür, hətta bəzi siyasi qruplar tərəfindən dəstəklənir".Becan.az