Prezident Sərəncam imzalayıb

13:31 31.08.2023 686
Prezident Sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Xəbərə görə, Sərəncamda deyilir:

1. “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.

2. İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, bu Sərəncamla təsdiq edilən siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etsin və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1. dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;

2.2. dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları;

2.3. potensial investorların dairəsi;

2.4. müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları;

2.5. dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları;

2.6. bu Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin istifadə istiqamətlərini müəyyənləşdirərək, həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

Bastrıkin təyyarə qəzası ilə bağlı Kamran Əliyevə zəng edib

18:44

Ağsu Xəstəxanasının yeni direktoru HÖKUMƏT QƏRARLARINI TANIMIR...

12:22

Prokuror Bəxtiyar Hacıyevə 11 il cəza istəyib

12:19

Tokayev təyyarə qəzasının obyektiv araşdırılmasını tapşırdı

12:15

Amerikalı pilot Kşnyakinin etdiyini möcüzə adlandırıb

21:34

AZALdan konpensasiya qərarı: həlak olanlara görə 40, yaralananlara 20 min manat...

21:26

Pilot niyə Bakını yox, Aktaunu seçib?

21:10

Qəzaya düşən təyyarə ekipajının Qroznı dispeçeri ilə danışıqları yayımlanıb

20:57

Hava şəraiti dəyişəcək - Külək, yağış, qar...

20:31

Vəziyyəti ağır olan 3 nəfərin Bakıya gətirilməsi məqsədəuyğun sayılmayıb

20:18

Aktau təyyarəni qəbul etməyə hazır idi, lakin... - Karabayev

20:01

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub - İstintaqın ilkin nəticəsi

17:58

Bu müavinətlərin artırılması təsdiqlənib

12:18

Sumqayıt teatrının aktyoru vəfat edib

11:18

Şəxsi məlumatları paylaşmayın - DİN-dən müraciət

10:40

Ədalət Nəbibəyli ömür zirvəsinə doğru bir pillə də irəlilədi

17:52

Hərbi çağırış yaşının 30-a endirilməsi qanunla təsdiqini tapdı

12:07

Bakıda aptek müdiri xanım işçisini vəhşicəsinə döyüb - VİDEO

11:58

Tovuzda 15 şagird zəhərləndi

14:06

Sumqayıtı Sarayla birləşdirən körpü sökülür

14:00

Makron hökuməti Azərbaycan üçün təhlükə yaradır

13:53

Sulu qar və qar yağacaq...

13:49

İrəvan 2 şərti yerinə yetirməsə, sülh müqaviləsi imzalana bilməz

13:33

Əvəz Zeynallının həbs müddəti azaldılıb

18:59

Əsgərlik yaşının azaldılmasının səbəbi...

18:48

Milli Məclis işçilərinin maaşı artırılır

14:22

Dövlət büdcəsinə yeni xərc maddəsi əlavə ediləcək

12:52

Rusiyada Putinin azərbaycanlı müəlliminin xatirəsi anılıb - FOTO

11:21

FAKTİKİ HAVA: külək, qar...

12:20

Əsədin sarayından ruhi xəstəliklərə qarşı həblər tapıldı

12:14

Cinayət xarakterli məsələləri hüquq-mühafizə orqanlarına yönləndiririk - Təhsil naziri

12:03

Saxta həkimlərlə bağlı prokurorluğa müraciət edilib - Nazir

11:54

Üçüncü ölkə münasibətlərin normallaşmasına zərər yetirir - Hacıyev

19:14

Azərbaycan XİN Suriya ilə bağlı bəyanat yayıb

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO