Oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.
Bakupost.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə qərar cümə axşamı hökumətin iclasında təsdiqlənib.
Toplanış ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün elan edilib və müvafiq texnikalar cəlb olunacaq.
Çağırış vərəqələri sıravi əsgər, gizir və ehtiyatda olan zabitlərə göndəriləcək. Ehtiyatda olan hər bir qrup 25 təqvim günündən çox olmayan müddətə toplanışlara cəlb ediləcək.