Sentyabrın 9-da Azərbaycan Ədliyyə Nazirliyi daha bir neçə partiyanı dövlət qeydiyyatına aldığını açıqlayıb.
Qeydiyyata alınan partiyalar aşağıdakılardır:
Azərbaycan Xalq Cəbhəsi Partiyası(Əli Kərimli), Müsavat(Arif Hacılı), Respublikaçı Alternativ Partiyası(İlqar Məmmədov), Milli Cəbhə Partiyası(Razi Nurullayev), Klassik Xalq Cəbhəsi Partiyası(Mirmahmud Mirəloğlu) və Müasir Müsavat Partiyası(Hafiz Hacıyev).
Beləliklə, Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 20-ə çatdı. Daha 7 partiya isə Ədliyyə Nazirliyindən cavab gözləyir.
Becan.az