“BBC-nin bir müxbiri dedi ki, müsahibə götürmək istəyir. Soruşdum ki, nə haqda danışacağıq? Dedi ki, kinodan. Müsahibənin ortasında mənə dəxli olmayan suallar verdi”.
Bu sözləri Xalq artisti Rasim Balayev “AStar” layihəsində qalmaqallı müsahibəsi ilə bağlı deyib.
“Daha sonra Amerikadan zəng gəldi. Yenə müsahibə götürmək istədiklərini dedilər. Birinci dəfə idi ki, o sözü özünə deyən adam görürəm. Mən, məhəttəl qaldım. Bunun da alınında yazılmayıb ki, ondandır. Bilsəydim, əlbəttə, müsahibə verməzdim ona. Saqqalı, bığı... falan. Dedim, adama oxşayır daa. Sən demə, bu, normal adam deyilmiş”, - deyə, Xalq artisti bildirib.