Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” nəşrinə müsahibəsində deyib.
N.Paşinyan bildirib ki, Ermənistanın bu vəziyyətdə strategiyası başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır:
"İrəvanda V.Putinin əsgərlərinin Qafqazda sülhü qorumağa istəkli olub-olmadıqları ya da bunu edib-etməyəcəkləri mövzusunda narahatlıqlar artır. Əgər biz daimi və əbədi dövlətə sahib olmaq istəyiriksə, ilk növbədə çox ciddi addımlar atmalı, qonşularımızla münasibətlərimizi yaxşılaşdırmaq üçün çox ciddi səylər göstərməliyik". Paşinyan keçmiş müttəfiqi Rusiyadan asılılığın qırılmalı olduğunu etiraf etməklə yanaşı, həm də etiraf edib ki, Qərb ölkələrinin Ermənistana ehtiyacı olan hərtərəfli dəstəyi təklif etməsi üçün qarşıda uzun bir yol var.