"Avropa İttifaqı Türkiyədən qopmağa, uzaqlaşmağa çalışır".Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası üçün ABŞ-a getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Aİ-nin Türkiyədən uzaqlaşmaq istiqamətində səylər göstərdiyi zamanda Türkiyə də lazımi qiymətləndirmələr aparacaq.
"Bu qiymətləndirmələrimizdən sonra, lazım olarsa, Aİ ilə yollarımızı ayıra bilərik", - deyə, Ərdoğan qeyd edib./APA