Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndə heyəti bu gün görüş üçün Yevlax rayonuna gəlir.APA xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.
Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonunu keçib, Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.