Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.
Bu barədə "Hraparak" qəzeti yazıb.
Bildirilir ki, Paşinyan heç bir halda hakimiyyəti təhvil verməyəcəyini, nəyin bahasına olursa-olsun, özündə saxlayacağını deyib.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar Paşinyanın istefasını tələb edir.
Becan.az