Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə görüşüb.Xəbər verilir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclası çərçivəsində bir araya gəliblər.
Hakan Fidan və Cəlil Abbas Cilani qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Becan.az