"Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir".
Xəbər verilir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib:
"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".
Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq:
"Lakin Ermənistanla təmaslar davam edəcək", - deyə, o, qeyd edib.
Becan.az