"HƏMAS qruplaşması ilə danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkündür".Xəbər verilir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Ben-Dor bildirib.
“İsrail HƏMAS və “İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”, - diplomat deyib.
Onun sözlərinə görə, HƏMAS cinayətlər törədərkən səhvə yol verir ki, bu da iki ölkə xalqları arasında barışığa töhfə vermir.
Becan.az