Səfirliyimizə hücum Yaxın Şərqin şər ocağı demontajının başlanğıcı olacaq

14:06 5.02.2023 1 229
Səfirliyimizə hücum Yaxın Şərqin şər ocağı demontajının başlanğıcı olacaq

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a İranın Azərbaycana qarşı hücumlarının tarixi kökləri haqda maraqlı yazı təqdim edib.

Həmin yazını oxucularımıza təqdim edirik:

İran Fars körfəzinin sahilyanı ölkələrindən biridir. Ötən əsrin 70-ci illərində Fars körfəzi regionunda yeni proseslər formalaşmaşa başladı. Belə ki, 1971-ci ildə yeni "Süveyşin şərqi" strategiyasının bir hissəsi olaraq Britaniya öz silahlı qüvvələrini körfəz bölgəsindən çıxardı. Bunun ardınca İraq, İran və Səudiyyə Ərəbistanının başçılıq etdiyi regionda kiçik ərəb ölkələri arasındakı “üçbucaq”da ziddiyyətlərin artması prosesi baş verdi. Bu qarşıdurma Səudiyyə Ərəbistanı ilə Yəmən və İran arasında rəqabət, eləcə də Yəmənin özündə, şimalı ilə cənubi arasındakı gərginliklə ilə tamamlandı.

Bu sahədə hadisələrin inkişafının məntiqinə uzunmüddətli təsir göstərən mühüm amil şah M.Rza Pəhləvi rejiminin süqutu və güclü anti-Qərb, ilk növbədə anti-Amerika ittihamları ilə seçilən 1979-cu il İran İslam inqilabı oldu. İslamın təfsiri, qorunması və təbliğində lider roluna iddialı olan İranla Səudiyyə Ərəbistanı arasında ideoloji mübarizə daha da şiddətləndi.


Fars və şiə İranı, ənənəvi olaraq Yaxın Şərqin ərəb ölkələrində gedən proseslərdən, regiona birbaşa yaxınlıqdan, ABŞ və İsraillə köklü antaqonizmdən, o cümlədən son vaxtlar bir sıra məsələlərdə lider mövqe tutmaq istəyi bu ölkəni Yaxın və Orta Şərqin regional təhlükəsizliyin təmin olunmasında mühüm təhdid faktoruna çevirmişdir.

1979-cu il inqilabından sonra İran dövləti Amerikapərəst şah rejimini devirən, “Böyük Şeytan”a (ABŞ) qarşı ideoloji ziddiyyət, Amerika siyasətinə hərtərəfli müxalifət qurulmuş teokratik dövlətin xarici siyasət davranışında müəyyənedici amil oldu. Qismən eyni səbəblərdən, qismən də dini ideallarını təsdiqləmək üçün Tehran sərt anti-İsrail mövqeyi tutdu, Amerikanın regiondakı müttəfiqlərinə, ilk növbədə Səudiyyə Ərəbistanı ilə mübarizə girişdi, bəzi radikal və terror təşkilatlarına mənəvi və maddi dəstək verməyə başladı. Eyni zamanda, zaman keçdikcə İran siyasətinin ideoloji dominantı ölkənin genişlənən milli maraqlarının təmin edilməsinə dair daha praqmatik mülahizələrlə tamamlanmağa başladı.

Bu proses İran cəmiyyətinin radikal dini liderlərinin və praqmatik millətçilərin tərəfdarlarına çevrilməsi ilə izah olunurdu. İraqla on illik qanlı müharibə dövlətin mövcud olma vəzifəsini gündəmə gətirdi. Bu, müharibədən əziyyət çəkən və inqilabın elan etdiyi əhalinin sosial müdafiəsini təmin etmək yükünü daşıyan iqtisadiyyatın modernləşdirilməsi imperativləri və İslam inancının dövlət kapitalizminin səmərəsizliyi ilə tamamlandı. Neft sektorunun infrastrukturunun pisləşməsi, xüsusilə gənclər arasında işsizliyin yüksək səviyyədə olması qlobal iqtisadiyyata daxil olmağı və böyük xarici investisiyaların cəlb edilməsini tələb edirdi. Bütün bunlar xarici siyasətdə inqilabi dini ekstremizmlə praqmatik millətçilik arasında balans yaratmaq istəyini gündəmə gətirirdi.


Məlumdur ki, ABŞ-ın sərt sanksiyalarına və hər iki tərəfin düşmənçiliyinin davam etməsinə baxmayaraq, hətta İraqla müharibə zamanı Tehran ABŞ vasitəsilə müəyyən növ silahların tədarükü üçün sövdələşmələr bağlamışdı. Amerikanın Əfqanıstandakı əməliyyatı zamanı Vaşinqton və Tehran arasında Taliban rejiminin yaratdığı təhlükə ilə bağlı müəyyən qarşılıqlı anlaşma əldə olunmuşdu.

İraq şiələri ilə bütün dini yaxınlıqlarına baxmayaraq, İran onları çox təmkinli şəkildə dəstəklədi. Hizbullah kimi anti-İsrail təşkilatlarına dəstək çox ölçülüdür. İran dini liderləri bin Ladenin İslam dünyasının ruhani lideri olmaq iddialarını bölüşmürdülər, çünki lider kimi Xamneyini görürdülər.

Regionda daha fəal hücum siyasətinə dönüş XXI əsrin birinci onilliyinin əvvəllərinə təsadüf edir. Məhz o zaman İranın nüvə və raket proqramlarının fəal inkişafı ilə bağlı böyük dərəcədə strateji qərar qəbul edildi. Bu, ilk növbədə İsrail və ABŞ-ın narahatlığına səbəb oldu. Amma bu proqramlar irəlilədikcə ərəb dövlətlərinin də narahatlığı artdı ki, bu da özləri üçün mümkün təhlükələri nəzərdən keçirmək məcburiyyıətində qaldılar.

İran tədricən “Hizbullah” və “HƏMAS” radikal qruplaşmalarının əsas sponsoruna çevrildi və bununla da İsrail və ABŞ-a qarşı mübarizədə İslamın “müdafiəçisi” rolunda ərəb dövlətlərini öz təsir dairəsinə salmaq istədi. Bu, anti-İsrail ritorikasının kəskin artması ilə müşayiət olundu. İranın regionda hadisələrin inkişafına təsir dərəcəsinin daha da artması ABŞ-ın İraqa müdaxiləsindən sonra baş verdi. Bir tərəfdən amerikalılar öz əlləri ilə onun əsas müxaliflərindən olan S.Hüseyn rejimini darmadağın etdilər. Digər tərəfdən, Tehranın İraq şiələrinə təsiri gücləndi və nəticədə bu ölkədə və əslində bütün regionda vəziyyətin uzunmüddətli mənfi istiqamətdə inkişafına təkan verdi.


Ərəb ölkələri Tehranla liderlik uğrunda mübarizənin kəskinləşməsi təhlükəsinin fərqindədir. Obyektiv olaraq onların maraqları ABŞ və İsrailin anti-İran mövqeləri ilə böyük ölçüdə üst-üstə düşür. Amma məlum səbəblərdən bunu açıq etiraf edə bilmirlər. Həm də onlar əmin deyillər ki, Birləşmiş Ştatlar İran tərəfindən artan çağırışlara qarşı onların təhlükəsizliyinin təminatçısı kimi çıxış edəcək. Bir sıra ərəb dövlətləri və ilk növbədə İranın artan rolu ilə qarşıdurmanın lideri olan Səudiyyə Ərəbistanı öz nüvə potensialını inkişaf etdirmək imkanlarından əl çəkmir. Eyni zamanda, onlar adi silah potensiallarını kəskin şəkildə artırırlar.

Bölgədə anti-diktatura inqilablarının son dalğası, sünnilərlə şiələr arasında qarşıdurmanın kəskinləşməsi, bəzi analitiklərin fikrincə, İranın digər ərəb dövlətləri, ilk növbədə Səudiyyə Ərəbistanı və Misirlə rəqabətdə mövqelərini möhkəmləndirmək cəhdləri üçün müəyyən imkanlar açır.

Livandakı vəziyyətin başqa ölçüləri də var. Suriya və İran şiə icmasına, bu səbəbdən də Hizbullah təşkilatına dəstək onlara Livanın cənub hissəsindən İsrailə qarşı hərəkət göstərməyə imkan verdi. Eyni zamanda, aktiv-İsrail siyasəti və ABŞ-la qarşıdurma obyektiv olaraq Dəməşq və Tehranın mövqelərini daha da yaxınlaşdırdı.

Fars molla rejiminin hay sevgisi bölgədə Türkiyənin mövqeyinin güclənməsi, xüsusilə Rusiya-Ukrayna müharibəsində Türkiyənin tutduğu ədalətli mövqe ilə bağlıdır. 44 günlük müharibədə Azərbaycanın qazandığı Zəfərin hərbi-siyasi nəticələri molla rejimini daha çox qısqandırdı və teokratik dövlət sayılan İran əsl siyasi simasını ortaya qoydu. 2023-cü il yanvar ayının 27-də səfirliyimizə qarşı təşkil edilən terror aktı molla rejiminin ölkəmizə olan nifrətinin apogeyi və eyni zamanda, onun siyasi demontajının başlanğıcı oldu.


Cümşüd Nuriyev,
Siyasi elmlər doktoru,
Odlar Yurdu Universitetinin “Hüquq və beynəlxalq münasibətlər” kafedrasının professoru
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO