“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri ilə görüşündə bildirib.
O vurğulayıb ki, 2023-2026-cı illərdə ordunun qərargahında böyük dəyişiklər ediləcək.
Şoyqu Rusiya Prezidenti Vladimir Putinin əsgərlərin sayını artırmaq qərarına gəldiyini qeyd edib:
“Dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi və Rusiya Federasiyasının yeni regionlarının mühafizəsi yalnız ordunun gücləndirilməsi ilə mümkündür. Bu səbəbdən də qarşıdakı 3 ildə ordudakı əsgərlərin sayı 1,5 milyona çatdırılacaq”, - deyə nazir qeyd edib.