Ağac məzarlığında göyərən statistika - (Hazıra) Nazirin ən zəif yeri

15:40 23.10.2023 1 575
Yaxud, Muxtar Babayev Prezidentin tənqidlərindən nəticə çıxarıbmı?..

Ağac məzarlığında göyərən statistika - (Hazıra) Nazirin ən zəif yeri

Yəqin xatırlayırsız, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən olaylara görə bir sıra məmurları, o cümlədən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi sərt tənqid etdi.

Prezident bildirdi ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir:

"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.


Söyüdlü sakinlərinin şikayətlərinə toxunan dövlət başçısı qeyd etdi ki, insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar:

"Amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".


Prezidentin həmin çıxışından sonra gözlənilirdi ki, Ekologiya və Təbii Sərvətlər naziri, cənab Muxtar Babayev sərt tənqidlərdən nəticə çıxaracaq və nazirliyin işində ciddi keyfiyyət dəyişikliyi baş verəcək. Artıq o tənqidlərdən 4 aya yaxın vaxt keçib. Bəs, dəyişikliklər varmı? Nazirin fəaliyyətində müsbət istiqamətdə hansısa dönüş hiss olunurmu?

Gəlin, Ekologiya Nazirliyinin fəaliyyət istiqamətlərini, cavabdeh olduğu çoxsaylı sahələri sadalamayaq, elə ətraf mühitin mühafizəsi, konkret olaraq, meşələrin qırılması məsələsi üzərində dayanaq.

Ötən 4 ayda bu istiqamətdə hansı ciddi tədbirlər görülüb? Ümumiyyətlə, cənab Muxtar Babayev bu müddət ərzində kabinetindən çıxıb, günü-gündən qırılıb-seyrəkləşən meşələrimizdə olubmu? Bu ilin iyulundan bəri Söyüdlüdə ikinci süni gölün yaradılmayacağı haqda məlumat istisna olunmaqla, nazirlik ətraf mühitin mühafizəsi istiqamətində hansı addımları atıb?

Nazirliyin rüblük hesabatları olmadığından (olsa belə, mətbuata açıqlanmır) bu suallara cavab vermək üçün yeganə mənbə onun mətbuat xidmətinin gündəlik məlumatlarıdır. Bu press-relizlərdə isə təəssüf ki, əksər hallarda faktiki hava, atvosfer havasının keyfiyyəti, hansısa ictimai dinləmələr və s. haqqında məlumatlar yer alır. Nazirlik Durna günü, Qoruq günü kimi təqvim bayramları haqda məlumat paylaşmaqla işini bitmiş hesab edir. Halbuki meşələrin qırılması bilavasitə yay ayları və payızın əvvəllərində baş verir ki, məntiqlə yayılan məlumatlar arasında bu mövzuda xəbərlər üstünlük təşkil etməlidir.

Olmaya, Azərbaycanda meşələr qırılmır? Bəlkə buna görə ETSN bu barədə susur?


Əlbəttə, belə deyil. Yay mövsümü məhz Müdafiə Nazirliyi, Sərhəd Xidməti hərbi hissələrinin, məktəb, xəstəxana və s. müəssisələrin, eləcə də, təbii qazın olmadığı kəndlərdə əhalinin odun tədarükü gördüyü mövsümdür. Bəli, dövlət müəssisələri bu tədarükü müvafiq sənədləşmə əsasında, icazəli şəkildə həyata keçirir. Bəs, on minlərlə kənd əhalisi bu məsələdə qanunun tələblərini yerinə yetirirmi? Bunun üçün sakinlər müvafiq icazə alırmı? Onlar odun tədarükünü məhz meşələrdə bu məqsədlə təyin olunmuş ərazilərdən həyata keçirimi? Təəssüf ki, yox. Əksər yerlərdə bu məsələ ilə bağlı xaos hökm sürür. Lerik, Yardımlı, Masallı, Cəlilabad, Oğuz, Qəbələ rayonlarında meşə sahələri sürətlə seyrəkləşir. Bu proses illərdir davam edir. Nazirlik isə saxta statistika təqdim etməklə, işini bitmiş hesab edir. İnzibati cəzalar, tətrib olunan akt və protokollar kəsilmiş çoxillik, nadir, hətta "Qırmızı Kitab"a düşən ağacları geri qaytarırmı? Ümumiyyətlə, niyə ETSN illərdir səbəblə yox, nəticə ilə mübarizə aparır? Yalnız hardasa yaşıllıqlar məhv ediləndən sonra bundan xəbər tutur və inzibati tədbirlərə əl atırlar. Bəs, onda nazirliyin yerli strukturları nəyə lazımdır? Əgər bu cinayətlərin qarşısı vaxtında alınmırsa, iş-işdən keçəndən (ağaclar qırılandan) sonra polis, prokurorluq, məhkəmə iş açırsa, o zaman nazirliyin yerli strukturlarının funksiyası nədən ibarətdir?

Son illər ETSN meşələrin qırılmasına görün necə haqq qazandırır: Odun tədarükü meşələrin qanunsuz qırılması demək deyil!


Bəli, bu yaxınlarda nazirliyin yaydığı açıqlamada məhz belə deyilirdi. Yəni, meşələr qanuni qırılır! Qanuni, yaxud qanunsuz, fakt, nəticə ondan ibarətdir ki, Azərbaycan ərazisinin cəmi 11 faizini təşkil edən qiymətli sərvətimiz - meşələrimiz günü-gündən qırılıb tükənməkdədir. Digər tərəfdən, hər il rayonlarda odun tədürükü üçün kəsilən ağacların əvəzinə yeniləri əkilirmi? Təəssüf ki, bu suala da müsbət cavab vermək mümkün deyildir. Meşələrin bərpası prosesi də Nazirliyin Müşfiqabad qəsəbəsində ağacəkmə kampaniyası kimi aparılır. Yalnız kampaniya, statistika xətrinə. Əkildi, vəssalam. O əkilən ağaclar böyüyəcək, yoxsa quruyacaq, burası maraqlı deyil. Statistika lazımdır, vəssalam! Sanki Azərbaycanda ETSN yoxdur, iki Statistika Komitəsi var!!!(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO