Fransanın Ermənistanı silahlandırması bölgədə durumu dəyişə bilər

19:06 23.10.2023 1 323
Fransanın Ermənistanı silahlandırması bölgədə durumu dəyişə bilər

"İstənilən halda Fransanın Ermənistanı silahlandırması yeni gərginlik ocağının yaranmasına xidmət edir. Bölgədə silah-sursatın həcminin artması, Ermənistan kimi ölkəyə əlavə döyüş vasitələrinin verilməsi yaxşı hal deyil. Fransa bu məsələdə diqqətli olmalı idi. Amma görünən odur ki, Ermənistan və Fransa bölgə ilə bağlı öz maraqlarını təmin etmək üçün silah tədarükünə başlayıb".

Bu fikirləri hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O, qeyd edib ki, artıq rəsmi sənəd imzalanıb:

“Fransa silahları Ermənistana gətirilir. Daha çox müdafiə tipli silahların veriləcəyi açıqlanır. Ermənistanın hava məkanını qorumaq üçün bu silahların verildiyi deyilir. Digər silahların verilməsi də nəzərdə tutulub. Raket-artilleriya, rabitə adavadanlıqlarının da verilməsi planlaşdırılır”.

Hərbi ekspert hesab edir ki, Parislə İrəvan arasında olan anlaşma Cənubi Qafqazda yeni münaqişələri qızışdıra bilər:

“Bu, Ermənistanda revanşizmin fəallaşmasına təkan verən amil kimi də dəyərləndirilir. Eyni zamanda, burada Rusiya faktoru da diqqətdən yayınmamalıdır. Sözsüz ki, Qərb silahlarının Ermənistana gəlməsinə Rusiya seyirçi kimi yanaşmayacaq”.

Üzeyir Cəfərova görə, Ermənistan yaxın perspektivdə təhlükəsizliyini Rusiyasız görür:

“Rusiya Ermənistandakı mövqelərini itirir. Nikol Paşinyan Rusiyanın əli ilə təhlükə olmadığına görə riskə gedir. Qərbdən ona təminat verilib. Bu spontan qərar deyil. Ərazisində Rusiyanın hərbi bazasının olmasına baxmayaraq Ermənistan Fransadan silah alırsa, bu tamam başqa məsələdir. Bu Rusiya silahına və yardımına ehtiyac olmadığı mesajıdır. Beləliklə Rusiyanın Ermənistandan çıxması qaçılmaz hala gəlir. Əslində bu, böyük planın tərkib hissəsidir”.
(Teleqraf.com)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}