Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk Atom Elektrik Stansiyasına (AES) yenidən hücum etdiyini bildirib.Xəbər verilir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna tərəfi pilotsuz uçan aparatdan istifadə edərək stansiyada partlayış törətməyə cəhd edib.
"Bu gün (noyabrın 2-də) günorta radələrində Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasının ərazisində qəzaya uğrayan təyyarə tipli PUA aşkar edilib. Onun içində partlayıcı qurğu olub. Hazırda ekspertlər partlayıcı qurğunun növünü müəyyən edirlər", - deyə, xəbərdə bildirilir.
Qeyd olunur ki, partlayıcı qurğu işə düşməyib:
"Heç bir dağıntı olmayıb. Qəzaya uğrayan pilotsuz uçuş aparatını ərazidə patrul xidmətində olan təhlükəsizlik işçisi aşkar edib".Becan.az