Özbəkistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri türk dünyası üçün xartiya hazırlamağa çağırır.Xəbər verilir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyoyev TDT-nin Astanada keçirilən sammitində deyib.
“Əsas məqsədimiz bütün maneələri birgə və səmərəli şəkildə dəf etmək üçün təşkilat daxilində qarşılıqlı hörmət, etimad və açıqlıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan türk xalqlarının birliyini, ulu keçmişini, zəngin mədəniyyətini, qədim dəyərlərini əks etdirən türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Təklif edirəm ki, bu nadir simvolik ensiklopediya aparıcı alim və mütəxəssislərin iştirakı ilə hazırlansın”, - deyə, Mirziyoyev bildirib.
Becan.az