Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanda səfərdədir.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
X.Kolomina səfər çərçivəsində Ermənistan XİN başçısının müavini Vahe Gevorqyanla görüşüb.
Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Laçın yolundakı durumu müzakirə ediblər.