Güney Azərbaycanda Milli Hökumətin ildönümü: 21 Azər yaşayır!

10:46 12.12.2023 1 932
Güney Azərbaycanda Milli Hökumətin ildönümü: 21 Azər yaşayır!

"Quzey üçün 28 Mayın əhəmiyyəti nədirsə, bizim üçün də 21 Azər (12 dekabr) bir o qədər mühümdür. Bu adın altında milliləşmə, demokratikləşmə, reformlar, insan haqları, qanunların tanınması kimi məsələlər dayanır".

Bu sözləri Axar.az-a güneyli publisist, Azərbaycan Demokratik Firqəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Abdullah Əmir Haşimi Cavanşir deyib.

O bildirib ki, 21 Azər milli dövlətçiliyimizi yaradan, istibdada son qoyan, mərkəzləşmənin qarşısını alan, qeyri-fars millətləri İran adlanan ölkədə assimilyasiya edən bir layihəni məğlubiyyətə düçar edən bir tarixdir:

“1945-ci il dekabrın 12-də Azərbaycan Demokratik Firqəsinin təşkil etdiyi qurultayda müxtəlif şəhərlərimizdən gələn 700-dən çox nümayəndə iştirak edirdi. Burada Təsisçilər Heyəti, sonra isə Milli Məclis formalaşdı. Milli Məclis milli dövlətin yaranmasına qərar verdi. Milli dövlət bir il ərzində Güney Azərbaycanda bir çox işlərə imza atdı, azərbaycanlıları dövlətçilik sahibi olmaq məqamına gətirib çıxartdı, Azərbaycanda yeni tipli dövlət quruldu. Milli təhsil, Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etmək, ordu quruculuğu kimi hədəflərinə çatdı. Ərazi islahatı keçirdi, kəndlilərlə mülkiyyətçi arasında ədalətli münasibət quruldu, fabriklər işə salındı, qadın və kişilərə bərabər hüquq verildi”.

Milli Hökumətin dünyəvi ideyalarının İranda yaşayan digər xalqlar üçün də parlaq gələcək vəd etdiyini deyən güneylu publisist şah rejiminin buna mane olduğunu bildirib:

“Saydığmız bu islahatların İranın başqa yerlərində də həyata keçirilməsi üçün Milli Hökumət Mərkəzi Hökumətə təkliflər verdi. Mərkəzi Hökumət məcbur oldu ki, bu işlərin İranın başqa yerlərində də həyata keçiriləcəyinə söz versin. Hətta, Mərkəzi Hökumətlə Milli Hökumət arasında müqavilə bağlandı. Lakin Mərkəzi Hökumət verdiyi sözə əməl etmədi. Məhəmməd Rza şah bu müqaviləyə xəyanət etdi. Onu həyata keçirmədi və Milli Hökuməti də süquta uğratdı”.

O, 21 Azər ideyasının daşıyıcılarının öz mübarizəsindən əl çəkmədiyini diqqətə çatdırıb:

“Güney azərbaycanlılar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları ilə meydanlardadır. Müxtəlif şəkillərdə, əsasən, milli mədəni formada mübarizəsini davam etdirir. Son illərdə biz bunun daha çox şahidi olmuşuq. Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan kimi iri şəhərləri öz müqəddaratını təyin etmək uğrunda mübarizənin önündədir. Onlar ana dilində danışmaq, yazmaq, assimilyasiya siyasətinə son qoymaq üçün dayanmadan mübarizə aparır. Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin talan olunmamasını tələb edirlər. Bunlar hamısı 21 Azər Hərəkatının ideallarının davamıdır”.

O bildirib ki, Milli Hökumətin yaranmasının 78-ci ildönümü ilə əlaqədar dünyanın bir çox yerində yaşayan azərbaycanlılar tədbirlər keçirmək niyyətindədir:

“Milli Hökumətin yaranmasının 78-ci il dönümü münasibəti ilə Avropa və Amerikanın iri şəhərlərində tədbirlər keçiriləcək. Seminar və görüşlərdə bu günün əhəmiyyəti, bizim üçün aktuallığı haqqında müzakirələr aparılacaq. Həmçinin, ADF dekabrın 11-dən 16-a kimi “Klubhaus”da (“Clubhouse”) 6 gün konfrans təşkil edib”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}