Pişəvərini “satqın”, Milli Hökuməti “xəyanət” sayanlar…

13:51 13.12.2023 1 449
Pişəvərini “satqın”, Milli Hökuməti “xəyanət” sayanlar…

İran həbsxanasında saxlanılan siyasi məhbus Yürüş Mehrəlibəyli 21 Azər (12 dekabr) Hərəkatının ildönümü ilə bağlı müraciət yayıb.

Becan.az Kult.az-a istinadən həmin müraciəti təqdim edir:

"Fars və mərkəzçi cərəyanlar hələ də Azərbaycan Milli Hökumətinin qurulmasını vətənə xəyanət nümunəsi, hakim Pişəvərini isə satqın hesab edir, çıxarılan hökmü nağara və sirenlərlə xalq arasında hayqırırlar: kitablarda, jurnallarda, qəzetlərdə yazılır və məktəblərdə şagirdlərə çatdırılır.

Onların nöqteyi-nəzərindən, Pişəvəri azadlıqsevər fəaliyyətinə görə 10 ilə yaxın Rza şah diktatorunun həbsxanasında həbsdə olsa da, Azərbaycan xalqı onu öz nümayəndəsi seçsə də, satqındır.

Baxmayaraq ki, o, Rza şah hökumətinin 20 ili qədər bir il ərzində Azərbaycanın inkişaf yolunda xidmətlər göstərib. Bu fəaliyyətləri isə görməzdən gəlirlər. Nəhayət, Pişəvəri azadlıq yolunda və düşüncəsində müqavimət və fədakarlıq göstərir, xaincəsinə öldürülür…

Onların fikrincə, Cəfər Pişəvərinin ən böyük günahı, əvvəlcə, Azərbaycanı İrandan ayırması, sonra isə Azərbaycanın muxtariyyətinə razılıq verməsi olub.

Sovet İttifaqından kömək almaq, bəzən, Cəfər Pişəvərinin cinayəti kimi təqdim edilir. Pişəvərini Sovet İttifaqından himayə istəməkdə günahlandıranlar Məhəmməd Rza şahı heç vaxt Amerikadan yardım almaqda və ya Azərbaycan Milli Hökumətini dağıtmaq məqsədi ilə Sovet İttifaqına şərait yaratmaqda günahkar saymırlar.

Hazırda onlardan bəziləri İranın Suriyada Rusiya ilə əməkdaşlığını fəxrlə dilə gətirirlər. Onların fikrincə, əsas günah, sadəcə, İrandan ayrılmaq istəyidir.

Həmin kəslər Azərbaycan Milli Hökumətinin qurulmasını vətənə xəyanət kimi qiymətləndirirlər. Lakin bu halda mərkəzçiliyi diktə edən sağçı və solçu şovinizmdir.

Onlar üçün fərqi yoxdur ki, Azərbaycanda Milli Hökumət dövründə fermerlərin, fəhlələrin mənafeyi naminə hansı addımlar atılıb. Ya da Azərbaycanın Demokratik Firqəsi dövründə digər hərəkətlərin təsviri, o cümlədən, ana dilində məktəblərin yaradılması, ölkədə ilk dəfə qadınlara səsvermə və namizədlik hüququnun verilməsi onların Azərbaycan Milli Hökuməti haqqında mühakimələrinə heç bir təsir göstərmir. Çünki Azərbaycan Milli Hökumətinin qurulması İranın inteqrasiyasının sona çatması və Azərbaycanda fars dilinin rəsmi statusunun itirilməsi demək idi.

Bundan əlavə, Milli Hökumətə malik olan azərbaycanlılar İrandan müstəqil siyasi kimliyə və tanınmağa nail olacaqdılar.

Onların nöqteyi-nəzərindən bir ölkədə xüsusi bir millətə qarşı nə qədər ayrı-seçkiliyin tətbiq olunmasının, məhkum edilmiş millətin hakim millət tərəfindən nə qədər alçaldılmasının, elementar hüquqlarından məhrum edilməsinin və ya kimliyinin təhlükəyə atılmasının heç bir əhəmiyyəti yoxdur. Heç bir etiraz olmamalıdır: İranın bütövlüyünü qorumaq üçün rejimin zülm və ayrı-seçkiliyini davam etdirməsinə itaət etməlidirlər".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO