"Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək".Xəbər verilir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Qeyd etdiyimiz kimi, biz, bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik", - deyə, o, bildirib.
Becan.az