Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb.
Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.
Qeyd edək ki, yarımçıq qalan oyunda
“Turan Tovuz”un minimal hesablı üstünlüyü olub –
2:1.Becan.az