İlham Əliyevə təşəkkür edirəm ki, reallıqdan danışıb, Paşinyan və onun xuntasının xalqı çaşdırmağa davam etməsinə imkan vermədi.
Xəbər verilir ki, bunu erməni bloger Vahe Ağacanyan Feysbuk səhifəsində yazıb.
“İlham Əliyevin müsahibəsi, tezisləri, mesajları bir məqamı aydınlaşdırır. Paşinyan tamamilə iflasa uğradı, onun gündəliyi rədd edildi, elan etdiyi bütün qırmızı xətlər pozuldu. Buna görə də Nikolun istefası və onun qazana bilməyəcəyi növbədənkənar seçkinin keçirilməsi zəruridir. Paşinyan səmimi şəkildə gündəliyinin iflasa uğradığını bəyan etməli, üzr istəməli və getməlidir. Biz müharibəyə hazır deyilik və uzun müddətə də hazır olmayacağıq. Ölkəni ətçəkən maşına məhkum etmək yolverilməzdir. Əgər məni satqın adlandırıb buna görə qınamaq istəyirlərsə, qoy etsinlər. Ancaq ölkəni çıxmayacağı yeni fəlakətə sürükləməyin. Dürüst, açıq şəkildə çıxın, uğursuzluğunuz üçün üzr istəyin və heç olmasa əlimizdə qalanı saxlamağa imkan verin”, - deyə, o, bildirib.
Becan.az