Şəfa verməyən səhiyyənin 16 illik naziri - Oqtay Şirəliyev niyə əcnəbi xəstəxanalara möhtacdır?

17:50 22.01.2024 1 715
Şəfa verməyən səhiyyənin 16 illik naziri - Oqtay Şirəliyev niyə əcnəbi xəstəxanalara möhtacdır?

16 il rəhbərlik etdiyi Azərbaycan səhiyyəsi bu dəfə də Oqtay Şirəliyevin dərdinə dərman olmadı. Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq nazirin səhhəti ağırlaşdı və o, müalicə üçün Türkiyəyə aparıldı.


Əslində elə nazir olduğu illərdə də Şirəliyev öz sağlamlığını yerli həkimlərə etibar etmirdi - müalicə üçün tez-tez ya Türkiyəyə, ya da Almaniyaya üz tuturdu. Hətta, o zaman bununla bağlı dillərdə dolaşan bir lətifə də vardı. Deyirdilər ki, jurnalistlərdən biri nazirə zəng vurur və xalq arasında geniş yayılan “Azərbaycan səhiyyəsi ölüb, ağlayanı yoxdur” ittihamı ilə bağlı açıqlama istəyir. Xaricdə olan nazir səhiyyəmizin bərbad vəziyyətdə olması ilə bağlı ittihamları rədd edib, deyir:

“Hazırda Almaniyada müalicə alıram, qayıdanda onu deyənlərin cavabını verəcəyəm".

Əlbəttə, sabiq nazirin indi necə deyərlər, canı ilə əlləşdiyi bir vaxtda bu yazını yazmamaq da olardı. Hətta səhhətində heç bir problem olmasaydı da, o, yəqin ki, bu yazını oxumayacaqdı. Amma hər halda maraqlıdır, görən, Şirəliyev bu ağır durumunda müalicə üçün xaricə aparılması haqda nə düşünür? Axı o, nə az, nə çox, düz 50 il səhiyyə sahəsində çalışıb. Bu stajın təxminən 30 ilini rəhbər postlarda keçirib, yuxarıda dediyimiz kimi, 16 il Səhiyyə naziri olub.

Yəni, Oqtay Şirəliyevin səhiyyə sahəsində, o cümlədən, indi əziyyət çəkdiyi onkologiya sahəsində vəziyyəti nizama salmaq üçün böyük səlahiyyətləri olub. Fəqət, sabiq nazir bu səlahiyyətlərdən yetərincə istifadə etməyib. Görən, heç olmasa, indi bu barədə düşünür, bunun peşmançılığını çəkirmi? Yoxsa canı ağrıya-ağrıya, bu ölkədən o ölkəyə daşınmaq ona daha xoşdur?


16 il nazir işləyən Oqtay Şirəliyevin səhiyyədən mirası da var: Respublika Diaqnostika Mərkəzi. Hətta başqa bir klinikasının olduğu da bildirilir. Azərbaycan səhiyyəsi bir yana, bu adam heç öz klinikalarına da "gün ağlamayıb" və taleyin ironiyasına baxın ki, bu gün əcnəbi həkimlərin şəfqətinə möhtac qalıb!

Yeri gəlmişkən, Azərbaycanda onkoloji xəstəliklər ildən-ilə artır və cavanlaşır. Amma bu xəstəliklə mübarizənin necə bərbad vəziyyətdə olduğu hamıya bəllidir. Elə son dövrlərdə bir neçə cavan həmkarımızın, tanınmış insanların bu xəstəlikdən dünyasını dəyişməsini xatırlatmaq kifayətdir. Azərbaycan onkoloqları müalicə bir yana, bu bəlaya düçar olunların ömrünü uzatmaqda belə acizdirlər. Kimlərsə nicat tapırsa, yaxud bu xəstəlikdən bir qədər gec dünyasını dəyişirsə, buna görə, Qərb səhiyyəsinə minnətdardırlar.

Azərbaycanda onkoloji xəstələrin düz-əməlli statistikası belə aparılmır. Baxmayaraq ki, indiki onkologiya mərkəzi ötən əsrin 40-cı illərində açılıb. 60-cı illərdən isə radiologiya ilə yanaşı, həm də onkoloji problemlərlə məşğuldur. Bu mərkəzdə bilavasitə statistika ilə bağlı fəaliyyət göstərən "Bədxassəli şişlərin epidemiologiyası və statistikası şöbəsi" var. Amma mərkəzin saytında o şöbəyə aid bölmədə bircə dənə də olsun, nə statistik məqalə, nə də məlumat yoxdur. Onda bu şöbə nə üçün yaradılıb?

Eləcə də, internet resurslarda onkolji xəstəliklərlə bağlı heç bir statistikaya rast gəlmək mümkün deyil. Ən yaxşı halda, 2012-13-cü illərin statistikasına dair cüzi məlumatlar əldə etmək mümkündür. Müstəqil araşdırmalara görə isə hər gün Azərbaycanda ən azı 37 nəfər onkoloji xəstəliklərə mübtəla olur. İl ərzində belə xəstələrin sayı orta hesabla 13 -14 min nəfərə yüksəlir. Nəzərə alaq ki, onkoloji xəstəliklərin müalicəsi xeyli vəsait tələb edir və hər kəsin Oqtay Şirəliyev kimi xaricdə müalicə olunmaq lüksü yoxdur. Başqa sözlə, Azərbaycanda onkoloji xəstəliyə tutulmaq və imkansız olmaq potensial ölüm deməkdir! Qısa müddətli xəstəlik və ölüm!
Əslində bütün sahələrdə belədir. Səhiyyədə də, təhsildə də, mədəniyyət də, hətta nəqliyyatda da. İllərlə bu sahəyə rəhbərlik edib ancaq öz ciblərini düşünən məmurlarla həyat eynən Oqtay Şirəliyevlə davrandığı kimi davranır...(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}