AŞPA-nın Azərbaycanı səsvermədən uzaqlaşdırmasına reaksiya

22:30 25.01.2024 1 050
AŞPA-nın Azərbaycanı səsvermədən uzaqlaşdırmasına reaksiya

"Avropa Şurası Parlament Assambleyası ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdikləri qətnamə ədalətsizdir. Ancaq diqqətimi, eyni zamanda, səsvermə ilə bağlı başqa amillər də cəlb edir. Birincisi, Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var".

Xəbər verilir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan nümayəndə heyətinə qarşı AŞPA-da ədalətsiz qərarın verilməsi barədə qeyd edib.

O bildirib ki, qeyd edilən dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər:

“İkincisi, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq. Biz bu 3 ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən, Avropa dövlətləri ilə dostluq qrupları var. Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub, onlarla izahat işi apardılarmı ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur? Strasburqda çıxış edən ukraynalı deputatın dili ilə desək, bu, yalnız Rusiyanı sevindirəcək. AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsvermədə cəmi 90 nəfər iştirak edib, bunun da 76-ı Azərbaycan əleyhinə səs verib. Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayacaq, ya otellərində olub, ya da parlament içərisindəki kafedə "vaxt öldürüblər". Əslində, biz, elə etməliyikdik ki, onlar parlamentin dəhlizində və ya kafedə "vaxt öldürmək" əvəzinə, zala daxil olub, Azərbaycanın lehinə səs verərdilər.

Əlbəttə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər. Buna seyrçi qalmaq əvəzinə, müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik”.


Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA etimadnamənin təqsidlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən, 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Bundan sonra AŞPA nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO