Türkiyədə fabrik binasına basqın edən şəxs içəridəkiləri girov götürüb.Xəbər verilir ki, bu gün saat 15:00 radələrində Gebzedə naməlum şəxs əlində silahla bir şirkətin fabrikinin əsas binasına daxil olub.
Şübhəlinin İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün fabrikdəki insanları girov götürdüyü iddia edilir.
Xəbər verildikdən sonra bölgəyə çoxlu polis və sağlamlıq qrupu cəlb edilib.
Kocaeli valisi Seddar Yavuz da məlumat almaq üçün bölgəyə gedib.
Bundan əlavə, xüsusi əməliyyat polisi fabrikin qarşısına yönəldilib. Fabrikin yerləşdiyi küçə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün bağlanıb.
Becan.az