Ödəniş edib əsgərlikdən qalmaq olacaq - Yeni qayda nə vaxt tətbiq olunacaq?

12:53 5.02.2024 1 659
Ödəniş edib əsgərlikdən qalmaq olacaq - Yeni qayda nə vaxt tətbiq olunacaq?

Xəbər verildiyi kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliyi nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı alternativ hərbi xidmətə dair təklif səslənib. Təklifə görə, tam müddətli hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər. Belə ki, dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçilməsi kimi alternativ imkan yaradılması təklif olunur.


Sözügedən təklifə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, hazırda pul qarşılığında orduya getməmək praktikası dünyanın bir çox ölkələrində mövcuddur:

“Məsələn, qardaş Türkiyədə müəyyən ödəniş müqabilində xidmətə getməmək mümkündür. Amma 1 aylıq təlimə aparırlar və həmin müddətdə silahla davranmağı öyrədirlər. Bundan başqa 3 aylıq təlim də var. Pul ödəməklə 1 il, il yarım vaxtını itirməyib işlərinlə məşğul olursan. Türkiyədə məşhur futbolçular ödəniş edirdilər və 1 ay müddətində təlim keçib xidmətə getmirdilər. Xeyli vaxtdır ki, Azərbaycanda da bu məsələ müzakirə mövzusudur. Uzun illərdi ki, qanun layihəsi hazır olsa da, Qarabağ məsələsinə görə onun tətbiqi gecikirdi. Çünki belə ehtimallar vardı ki, bəziləri xidmətdən yayınmaq üçün bu qanundan yararlana bilər. Artıq Qarabağ məsələsi öz müsbət həllini tapıb, yaxın zamanlarda sülh sazişinin imzalanması gözlənilir. Hesab edirəm ki, artıq “Alternativ xidmət haqqında” qanun qəbul edilə bilər. Bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən iradlar bildirilir. Ona görə də ölkəmizin gələcəyi naminə sözügedən qanun qəbul edilməlidir”.

Ekspertin dediyinə görə, alternativ xidmət tətbiq etməklə bir neçə məqsədə çatmaq olar:

“Bu gün orduda xidmət etmək istəməyənlər bir yol tapıb rüşvət verməklə, saxta xəstəlik arayışı almaqla, xaricə getməklə ordudan yayınırlar. Bu işlərdən dəllallar və müvafiq vəzifə sahibləri qazanırlar. Bu sistem tətbiq olunsa, belə halların qarşısı alınacaq və qazanan dövlət olacaq”.

Üzeyir Cəfərov qeyd edib ki, müxtəlif səbəblərdən həqiqi xidmət keçmək istəməyənlərin alternativ xidmət keçmələrinə şərait yaradılmalıdır ki, Azərbaycana qarşı iradlara da son qoyulsun:

“Misal üçün, alternativ hərbi xidməti seçənlər hərbi hospitallarda, tikinti, rabitə hissələrində qulluq edə bilərlər. Ya da hər hansı bir hərbi hissədə təmizlik, ya da aşpazlıq işlərinə baxa bilərlər”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}