Ölkədə böyük islahatlar gözlənilir - Bəzi iri məmurlar vəzifəsiylə vidalaşacaq

19:04 8.02.2024 1 169
Ölkədə böyük islahatlar gözlənilir - Bəzi iri məmurlar vəzifəsiylə vidalaşacaq

Azərbaycan böyük bir siyasi prosesi - növbədənkənar prezident seçkilərini geridə qoydu. İlham Əliyev növbəti müddətə ölkənin idarəetmə sükanının arxasına keçdi. İndi hamını maraqlandıran məsələ seçkidən sonra ölkədə hansı dəyişikliklərin baş verəcəyidir.

Əslində, bu dəyişikliklərin anonsu seçkidən xeyli əvvəl edilib. Özü də dövlət başçısı tərəfindən. 2022-ci ilin aprelində ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı mövcud idarəçilik sistemi haqqında danışan Prezident İlham Əliyev demişdi:

"Mənim Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək, onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var".


Yeni idarəçilik sisteminin tətbiq edilməməsinin səbəblərindən danışan dövlət başçısı bir neçə faktoru irəli çəkmişdi. Bunlar idarəçilik sistemini təkmilləşdirmək, rüşvət və korrupsiya hallarının qarşısını almaq, qərarların icrası vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi:

"Çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür".

Dövlət başçısının bu çıxışından idarəetmə sistemində ediləcək dəyişikliklərin konturları aydın görünür. Bəlli olur ki, dəyişikliklərin bir qismi yerli icra hakimiyyəti orqanları ilə bağlı olacaq. Başqa sözlə, mövcud icra hakimiyyətləri ləğv edilcək, onlar xüsusi nümayəndəliklərlə əvəz olunacaq. Xüsusi nümayəndəliklər isə, Qarabağ variantında olduğu kimi, iqtisadi rayonlar üzrə yaradılacaq. Başqa sözlə, hər xüsusi nümayəndə 4-5 rayona nəzarət edəcək.

Eyni zamanda, ləğv ediləcək mövcud rayon icra hakimiyyətlərinin bir sıra səlahiyyətlərinin yerli özünüidarəetmə orqanlarına veriləcəyi gözlənilir.

Sözsüz ki, icra hakimiyyəti sistemindəki dəyişikliklər yalnız regionlarla yekunlaşmayacaq. Bu baxımdan, tez-tez gündəmə gələn Nazirlər Kabineti ilə bağlı məsələnin aktuallaşacağı da gözləniləndir. Başqa sözlə, hazırda bir çox səlahiyyətləri əlindən alınan Nazirlər Kabinetinin ləğvi çox da uzaq perspektivin hadisəsi olmayacaq. Əvəzində, prezidentin səlahiyyətləri daha da genişlənəcək, nazirlər Baş nazirə deyil, birbaşa ölkə başçısına tabe olacaq. Qeyd edək ki, bu sistem 2018-ci ildən qardaş Türkiyədə də tətbiq olunur.


Nazirlər Kabinetinin ləğvi hazırda onun rəhbərliyində təmsil olunan bir sıra şəxslərin öz vəzifələri ilə vidalaşmasına səbəb olacaq. Sözsüz ki, söhbət ilk növbədə hazırkı Baş nazir Əli Əsədov, onun müavinləri Şahin Mustafayev, Əli Əhmədov və Yaqub Eyyubovdan gedir. Adi çəkilənlərin bəziləri təqaüdə göndəriləcək, Əli Əhmədov və Şahin Mustafayevin isə digər vəzifələrə təyin olunacağı ehtimal edilir.

Hazırki iqtisadiyyat naziri Mikayıl Cabbarovun isə vitse-prezident və ya iqtisadi məsələlər üzrə xüsusi nümayəndə təyin olunacağı gözlənilir.

Dəyişikliklərin, eyni zamanda, qanunverici hakimiyyət orqanında - Milli Məclisdə də aparılacağı söylənilir. Belə ki, parlamentin tərkibinin genişləndiriləcəyi, millət vəkili mandatının sayının 200-dən çox olacağı bildirilir. Həmçinin seçkilərin iki - həm proporsional, həm də majoritar qayda üzrə keçiriləcəyi gözlənilir.


Bütün bunlar, əlbəttə, böyük siyasi dəyişikliklərdir və bunları həyata keçirmək üçün öncə ümumxalq səsverməsi - referendum keçirilməlidir. Nəzərə alsaq ki, payızda həm parlament, həm də bələdiyyə seçkiləri keçiriləcək, o zaman referendumun yaz aylarında keçiriləcəyi xeyli real görünür.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO