Məhkəmə DYP-nin yazdığı cəriməni ləğv etdi - Polis isə məbləği daha da artırdı

20:51 12.02.2024 2 674
Məhkəmə DYP-nin yazdığı cəriməni ləğv etdi - Polis isə məbləği daha da artırdı

Dövlət Yol Polisi əməkdaşının paytaxt sakini Sadiq İsrafilova qanunsuz olaraq cərimə yazdığı haqda xəbər vermişdik. Mübahisəli məsələ ilə əlaqədar Sadiq İsrafilov məhkəməyə müraciət edib.

Məhkəmə şikayətə baxaraq, onu təmin edib və cərimənin ləğvi barədə qərar çıxarıb.

Lakin buna baxmayaraq, məhkəmənin qərarı icra olunmayıb. Belə ki, Sadiq İsrafilovun cəriməsinin üzərinə dəbbə pulu əlavə olunub. Bu azmış kimi, onun avtomobili həbs edilib. Özünə isə sürücülük hüququndan məhrum edilməsi haqda xəbərdarlıq gəlib:

“Ötən il dekabrın 7-də məhkəmənin mənim lehimə çıxardığı qərar 1 ay 6 gün sonra - bu il yanvarın 13-də Bakı şəhər DYP-nin dəftərxanasına daxil oldu. Oradan da İnzibati şöbədə Kənan Müzəffərli adlı bir nəfərə yönləndirildi. Dəfələrlə əlaqə saxlamağa çalışsam da, mümkün olmadı. Bu günə qədər də bir dəyişiklik yoxdur. Bu müddət ərzində həmin qərardan “AsanPay” sistemindən şikayət eləsəm də, məhkəmə qərarını onlara göndərsəm də, hələ ki, heç bir nəticə yoxdur. Əksinə, “AsanPay” üzərindən mənə maşının həbsi və sürücülük hüququndan məhrum edilməm haqda qərar çıxarıldığı barədə xəbərdarlıq gəldi”.


Şikayətçi məsələ ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib:

“Nazirə ünvanladığım məktubdan sonra DYP-dən dərhal zəng edildi və şikayətin nə yerdə olduğu barəsində məlumat verildi. Məlum oldu ki, məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Ancaq bu zaman da qanunsuzluğa yol verilib. Həmin cərimə üçün dəbbə pulu hesablanıb. Niyə bu cərimə dondurulmayıb? Nəyə görə maşının həbsinə qərar verilib və nəqliyyat vasitəsini idarə etmə hüququm məhdudlaşdırılıb?"


Şikayətçi bildirib ki, mövcud qanunvericiliyə əsasən, hansısa məhkəmə qərarından şikayət varsa, həmin şikayət araşdırılana və məhkəmə yekunlaşana qədər mübahisələndirilən cəriməyə dəbbə pulu hesablana və çikayətçiyə qarşı hansısa cəza tətbiq edilə bilməz:

"Bunu mənə zəng vuran Ziya adlı şəxsin nəzərinə çatdırdım. O, məsələ ilə bağlı suallarıma cavab vermək səlahiyyətində olmadığını bildirdi".


Sadiq İsrafilov deyir ki, Ziya ona yenidən nazirliyə müraciət etməyi məsələhət görüb:

"Cənab nazir! Hazırda maşını idarə edə, himayəmdə olan yaşlı və xəstə valideynimi həkimə belə apara bilmirəm. Qanunvericiliyə uyğun olaraq, apellyasiya qərarı qüvvəyə minənə qədər tətbiq olunan dəbbə pulu və həbsin qaldırılması üçün göstəriş verməyinizi xahiş edirəm”.

Məsələ ilə bağlı Baş Polis Yol İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}