Toplum TV işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib.
Təqsirləndirilən şəxslər haqda
“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində isə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.