Ermənistan artilleriya imkanlarını gücləndirmək üçün Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi ATAQS alacaq.
Bu barədə “Army Recognition” internet portalı Hindistan mətbuatına istinadən yazıb.
ATAGS-in atəş məsafəsi 48 km-dir.
Xatırladaq ki, 2023-cü ildə Ermənistan 6 ədəd ATAGS alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınmasına dair daha bir neçə müqavilə imzalayıb.
Qəzet qeyd edib ki, Ermənistanın ATAGS-ı alması regionda artan gərginlik fonunda baş verir.(Axar.az)