Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərinə hücum edən pilotsuz təyyarələr Mərkəzi Asiya respublikalarından birinin ərazisindən buraxıla bilərdi.Bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib.
Onun sözlərinə görə, mütəxəssislər dronların uçuş trayektoriyasını izləməklə bunu öyrənməlidirlər:
“Onların Ukrayna ərazisindən buraxılması faktı yoxdur. Bizim Orta Asiya respublikaları da var ki, bu, tamamilə mümkündür”.O əlavə edib ki, Tatarıstana ən yaxın olan Mərkəzi Asiya Respublikası Qazaxıstandır və mümkündür ki, nəzarətsiz ərazidən PUA-lar buraxılıb.
Qeyd edək ki, bu gün Ukraynanın PUA hücumu nəticəsində “Şahid” PUA-larının yığıldığı zavodda partlayış baş verib.
Becan.az