İranın hücumunda müəmma: "qisas", yoxsa "qisas oyunu"?

13:39 14.04.2024 2 905
İranın hücumunda müəmma: "qisas", yoxsa "qisas oyunu"?

İranın uzun müddətdir gözlənilən İsrailə hücumu nəhayət, ötən gecə baş tutdu: Tehran PUA-lar, ballistik raketlər, eyni zamanda proksi qüvvələrlə İsrailə zərbə endirməyə çalışdı.

İsrail rəsmi olaraq İranın öz ərazizindən 105 PUA, 36 qanadlı və 105 “yer-yer” ballistik raketi atdığını elan edib. Bildirilir ki, bu hücumla İran məqsədinə çatmayıb, PUA və raketlərin 99%-i vurulub, yeganə cüzi ziyan Nevatim hərbi bazasına dəyib, 11 nəfər yaralanıb.

Yada salaq ki, İsrail İranın Dəməşqdəki konsulluğunun yanındakı binayacəmi 5 raket atmışdı və hədəf tam məhv edilmiş, bina tamamilə dağılmış, SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabiti ölmüşdü. 5 raketə qarşı üst-üstə 250 PUA və raketlə, eyni zamanda Hizbullah tərəfindən “dəstək zərbələri” ilə hücum edən İran isə yalnız cüzi zərər verə bilib.

Artıq İran rəsmi şəkildə zərbələri dayandırdığını, “İsrail bir də səhv edərsə”, daha ağır cavab veriləcəyini açıqlayıb. Belə məlum olur ki, İran artıq “cavab verdiyi” iddiasındadır. Amma faktiki olaraq “cavab” və “cavabın nəticəsi” yoxdur.

Maraqlıdır, İran niyə heç bir hədəfinə nail ola bilmədi və yaxud onun belə bir hədəfi var idimi?

1. 1 apreldə İsrailin zərbəsindən sonra İran “lazım bildiyi vaxtda və yerdə” qisas alacağını açıqlamışdı. Ancaq son 2-3 gün ərzində dünyanın əksər ölkələri öz vətəndaşlarına artıq İrana, Yaxın Şərqin bəzi ölkələrinə getməmək çağırışı etmişdilər. Ötən gün isə bu çağırış “ciddi həyəcan” səviyyəsinə qaldırıldı;

2. Beynəlxalq media 2 gündür İranın aprelin 13-ü gecə və yaxud 14-ü sübh tezdən zərbə endirə biləcəyini, PUA və ballistik raketlərdən istifadə edəcəyini yazırdı;

3. İsrail MN 1 apreldə zərbə endirəndən sonra İranın “qisas əməliyyatına” tam olaraq hazır olduğunu 11 gündən sonra - 12 apreldə elan etdi;

4. ABŞ və müttəfiqlərin regionda yerləşən qüvvələri İran raketlərini zərərsizləşdirəcəklərini ötən gün bəyan etdilər;

5. İsrail ötən gün axşam saatlarında artıq havada onlarla qırıcısının “patrul xidməti” apardığını, zərbələri dəf etməyə hazır vəziyyətdə durduğunu rəsmi şəkildə bildirdi və s.


Son məlumatın özü olduqca maraqlıdır. Qırıcılar təhlükə anında havaya qaldırılır, onlarla qırıcı bütün sutka ərzində ölkə səmasında xidmət göstərmir. Demək, İranın zərbə endirəcəyi vaxtdan bir neçə saat öncə İsrailin qırıcıları da (çox güman ki, F-35-lər) havada idi.

İran bu infirmasiyaların əvəzində qəribə addım atdı:

1. Bu qədər “məxfi hərbi sirrin” yayılmasından qətiyyən narahat olmadı, əksinə, “qisas əməliyyatı”nın dəqiq vaxtının ictimai şəkildə yayılmasında sanki maraqlı olduğunu göstərdi;

2. Zərbə endirməyə başlayanda faktı təsdiqlədi, raket və PUA-ları buraxandan sonra isə BMT-dəki nümayəndəsi vasitəsilə “hücumun artıq bitdiyini” elan etdi;

3. İran PUA-larının İsrailə hücum üçün ölkə ərazisindən qalxdığı vaxt üçün ÇAXAL-ın hərbi peyklərdən məlumat əldə etməsinə də ehtiyac qalmadı – elə beynəlxalq medianı izləsələr, yetərli idi. Çünki İran PUA-larının təkcə qalxma deyil, “İsrailə çatma vaxtı” da mediada vardı və bildirilirdi ki, “bir neçə saatdan sonra” İran PUA-ları “mənzil başına çatacaq”.


Beləliklə, İran İsrail hücuma tam hazır olduğunu elan edəndən, ABŞ və müttəfiqlərinin bu zərbələri dəf etmək üçün İsrailə dəstək verəcəyini açıqlayandan sonra hücuma keçdi. Və təsadüfi deyil ki, İran PUA-larının və raketlərinin böyük əksəriyyətinin Suriya ərazisində ikən zərərsizləşdirildiyi haqda İsrail rəsmi açıqlama yayıb.

Bütün bunlar İranın “qisas əməliyyatı” deyil, “qisas oyunu” oynadığı haqda təsəvvürlərin formalaşmasına səbəb olub.

Xatırladaq ki, Qüds briqadasının komandiri Qasım Süleymaninin qətlindən sonra da İranın “qisas əməliyyatı” haqda ABŞ-a məlumat ötürdüyü, hansı bazanı vuracağını bildirdiyi və həmin bazanın zərbədən öncə ABŞ tərəfindən boşaldıldığı haqda təsdiqlənmiş məlumat var.

Eyni prosesin bir ayrı formada təkrarlandığı ehtimal olunur.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}