İsrailin Xameneinin 85-ci ildönümünə raket "hədiyyəsi"

11:26 19.04.2024 2 121
İsrailin Xameneinin 85-ci ildönümünə raket "hədiyyəsi"

İran İsfahan hava limanı yaxınlığında partlayışlar barədə xəbərlərdən sonra hava hücumundan müdafiə sistemini işə salıb.

Bu barədə "Euronews" məlumat yayıb.

Qeyd olunur ki, İran rəsmiləri “dron hücumunun” dəf edildiyini və ölkənin nüvə obyektlərinə təhlükə olmadığını bildiriblər. İsrail hələlik zərbə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Amerika mediası Vaşinqtondakı rəsmilərə istinadən İsrailin İrana raket zərbələri endirdiyini bildirib.

Ötən gecə İran İsfahan hava limanı yaxınlığındakı Kaxcavarestan şəhərində partlayışlar barədə xəbərlərdən sonra bir neçə əyalətdə hava hücumundan müdafiə sistemini işə salıb.

İranın FARS xəbər agentliyi qırıcı təyyarələrin yerləşdiyi hərbi baza yaxınlığında üç partlayışın baş verdiyini bildirib.

İsrail hərbçiləri "hazırda heç bir şərh verə bilməyəcəklərini" bildiriblər.

Bu arada Bloomberg adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, İsrail həftə sonu ABŞ-a qarşıdakı 24-48 saat ərzində yəhudi dövlətinə 300-dən çox pilotsuz təyyarə və raket zərbəsi endirən İrana hücum etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.

İran: Partlayışlar hava hücumundan müdafiə işinin nəticəsidir

İranın Kosmik Agentliyi daha sonra bir neçə pilotsuz təyyarənin “uğurla vurulduğunu” bildirib və İsrailin hücum zamanı raketlərdən istifadə etdiyini təkzib edib.

İranın "Mehr" dövlət televiziyasının məlumatına görə, bir neçə bölgədə kommersiya uçuşları dayandırılıb. Mülki Aviasiya Təşkilatından bildiriblər ki, bir neçə saat sonra uçuş məhdudiyyətləri aradan qaldırılıb.

Cümə günü səhər tezdən Suriyanın cənubundakı Suveyda bölgəsinə də zərbələr endirilib.

Bu barədə "Frans Press" agentliyi "Suwayda 24" internet nəşrinə istinadən xəbər verib. Agentliyin mənbəsinin sözlərinə görə, bu, Suriya ordusunun radar mövqeyinə hücumdur.

Regionda eskalasiya

İrana qarşı iddia edilən hücum İsrail ərazisinə pilotsuz təyyarələr və raketlərdən istifadə edərək misli görünməmiş hücumdan 5 gün sonraya təsadüf edir.

NBC və CNN yazır ki, Vaşinqton cavab zərbəsi ilə bağlı xəbərdar edilib. "Biz bu hücuma razılıq vermədik",- deyə, Amerika administrasiyasındakı mənbə bildirib.
İranda baş verən partlayışlar İranın ali dini lideri Ayətullah Əli Xameneinin anadan olmasının 85-ci ildönümünə təsadüf edib.

Bir gün əvvəl Mossad-ın yüksək səviyyəli rəsmisi "Zohar Palti Sky News"a deyib ki, İranın nüvə obyektlərinə hücum İsrailin cavab zərbəsi endirmək üçün nəzərdən keçirdiyi variantlar arasındadır.

İranın "Tasnim" xəbər agentliyi cümə günü bildirib ki, İsfahan əyalətindəki nüvə obyektləri tamamilə təhlükəsizdir.

Son bir neçə gün ərzində ABŞ, Avropa İttifaqı, G7-yə üzv ölkələr və BMT İsrail və İranı “maksimum təmkin” göstərməyə çağırıb.

BMT-nin baş katibi Stefan Düjarrikin mətbuat katibi deyib ki, dünya və region başqa bir açıq münaqişəyə tab gətirə bilməz.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}