Tanınmış vəkil Osman Kazımov Müsavat Partiyasının başqanı vəzifəsinə namizədliyini irəli sürüb.Xəbər verilir ki, bu barədə o özü sosial şəbəkə səhifəsində məlumat verib.
Osman Kazımov sənədlərini artıq partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinə təqdim etdiyini bildirib.
Qeyd edək ki, O.Kazımov hazırda Müsavat Partiyası başqanının müavinidir. Partiyanın qurultayı mayın 7-də Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
Becan.az