Aprelin 24-də Tehran şəhərinin Sərkis kilsəsində 24 aprel "erməni soyqırımı"nın ildönümü ilə bağlı tədbir keçirilib.
Bu barədə İran mediası məlumat yayıb.
Erməni din xadimləri, İran parlamentinin erməni üzvləri, şəhər rəsmiləri və başqalarının iştirak etdiyi tədbirdə Türkiyə əleyhinə ənənəvi iddialar səsləndirilib.
Tədbir Tehran şəhər bələdiyyəsi və şəhər şurasının rəsmi icazəsi ilə keçirilib.(Axar.az)