Çünki şairdir - Oktay Şamil haqqında

10:29 14.05.2024 6 524







ANAR








Şeir nədən doğulur? Sevgidən?
Əlbəttə, belə olmasaydı, Füzuli Füzuli olmazdı.

Şeir nədən doğulur? Qəmdən, kədərdən, ağrıdan?
Əlbəttə, belə olmasaydı, Füzuli Füzuli olmazdı.


Oktay Şamil, şübhəsiz, Füzuli deyil. Heç bir iddiası da yoxdur. Lakin Oktay Şamil çağdaş şeirimizin ən istedadlı nümayəndələrindəndir. Ən istedadlı və ən iddiasız…

"Azərbaycan" jurnalının 3-4-cü nömrələrində dərc edilmiş şeirlər silsiləsi bunun əyani sübutudur.

Oktay Şamil də öz "Şikayətnamə"sini yazır, dövrandan, daha doğrusu, yaşadığımız günlərin bəzi əcaib-qəraib təzahürlərindən narazılığını ifadə edir:

Söz azaddı!
Vaxt amma minorlaşıb
özgə laddı!
Meydan pulun meydanıdı
aldananlar mələkləşib,
aldadanlar — şeytandı!

Duyğusala «salam» yoxdu.
Salam versə,
alan yoxdu!


Yaxud, bu ruhda başqa şeirindən misralar:

Bir qrupu qurucudu,
tikib-qurur.
Qürur duyur,
beynindəki ədalətdi!

Digər qrup yırtıcıdı,
qırıcıdı
ürəyində ədavətdi,
xəyanətdi,
cinayətdi!

Şər atanlar,
Şarlatanlar,
ara qatanlar
sakit durmaz,
dinc oturmaz.

İncə ruhlu insanların
gözü toxdu,
nəfsi yoxdu.


Bu təzadlı dünyada şair yenə xilası, pənahı, ümidi sevgidə tapır. Bu sevgidə sevgili "nəfəsiylə gizlədir sevdiyinin səsini, gözlərinin qara çərçivəsinə salır sevdiynin əksini".

Ümid içində nigaranlıq çalarları da var, "mən elə bilirdim dənizə dönüb çəkilmisən" təlaşı da.

Başqa bir sevgi şeiri:

Sevgidən başqa hər şey
məzarlıqdı.
İnanmazdım,
sən inandırdın.
Sevgi bürcündən aşağıdakılar
bazarlıqdı.

Oktay Şamil Şuşamızın azad edilməsinə sevindiyi kimi, çağdaş insanları yadlaşdıran, canlı ünsiyyəti əvəz etmiş cib telefonlarının əyləncəsinə də acıyır, "namərdin mərdlə, mərdin namərdlə görüşməsinə, düşmənlə dostun, dostla düşmənin öpüşməsinə" dözə bilmir. Çağdaş əlaqələrin deformasiyası baxımından, Oktayın bəzi gənclərdən şikayəti də anlaşılandı:

"Sosial şəbəkələrdə dil pəhləvanları" qocalığımızı başımıza qaxanda və özlərinin  "səbətə nə qoyduqlarını" soruşanda "dəvə nalbəndə baxan kimi baxırlar". Oqtay soruşur: "Bu cavanlar da haçansa qocalacaqlar. Öz arxivlərinə baxanda nə tapacaqlar?"

Çünki şairdir - Oktay Şamil haqqında

Əziz Oktay, bəyəm bilmirsən ki, indi yalan-palan, şər-böhtan da bədii yaradıcılığın bir janrı sayılır! Bir də ki, bəzi cavanlar qətiyyən qocalmır. İyirmi-iyirmi beş il bundan qabaq necə ümid verən cavanlardısa, hələ də ümid verən cavanlardır. Xoşbəxtlikdən əsl cavanların əksəriyyəti elə gənc yaşlarından onlara olan ümidlərimizi doğruldurlar, yaşa dolduqca daha da püxtələşirlər, yetkinləşirlər. Çünki şöhrətə yox, poeziyaya bağlıdılar.

Poeziya — qısqanc qadındır. Ona şöhrətlə xəyanət edənlərdən üz döndərir…

Oktayın nəcib və xəfif gileyini də anlayıram. Oğluna müraciətdə deyir:

"Bizim elə bəxtimiz var, övladım,
Sudan ötrü dənizə getsək, quruyar..."


Fevral ayında Oktay Şamilin 80 yaşı tamam oldu. Suçumuzu etiraf edirəm. Bu yubileyi layiqincə qeyd etmədik. Amma, hökmən edəcəyik. İl uzundur.

İl uzundur, lakin fevral qısadır. Başqa aylarla müqayisdə fevral kəm aydır. Şeirlərinin birində şair bunu belə mənalandırır:

Doğulub fevrala düşdüm.
Boyum — fevral,
dilim -fevral,
əlim qısa — fevral kimi.


Əlbəttə, elə deyil. Boyu, əli qısa deyil. Dili də heç qısa deyil, şirin-şəkər azəri türkcəsidir. İntəhası, dilli-dilavər deyil.

Və yaxşı ki, deyil. Yaradıcı insanın ən böyük mükafatı onun Allah verən istedadıdır. Məhz istedaddan yanıq olanlar şöhrət tamarzılarıdır…

Əlbəttə, Oktay Şamil də səmimi yubiley tədbirinə layiqdir. Amma, Oktay yubileyi üçün, fəxri ad üçün qapının dabanını çıxaranlardan, hər şeyi alıb, yenə gözü doymayanlardan deyil.

Yaxşı ki, deyil.
Çünki — şairdir.


"Ədəbiyyat" qəzeti,
6 may 2024-cü il.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}