Azərbaycanlı fəallar Fransa ədalətsizliyinə qarşı BƏYANAT yaydı

21:05 27.05.2024 1 204
Azərbaycanlı fəallar Fransa ədalətsizliyinə qarşı BƏYANAT yaydı

Bir qrup şəxs Fransanın azərbaycanlı sosial media fəallarına qarşı ədalətsiz hərəkətləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaq məqsədilə Bəyanat yayıb.

Bəyanatda deyilir:

"Özünü söz və ifadə azadlığının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, Fransa öz hərəkətləri ilə bağlı müxalif fikirləri riyakarcasına inkar edir.

Biz, beynəlxalq qurumları fundamental azadlıqların pozulması hallarına qarşı tədbir görməyə çağırırıq. Bizim XXI əsrdə Fransanın neokolonializm siyasətinə qarşı etirazımız müxtəlif xalqların davamlı istismarı və onların əsarətdə saxlanılması ilə bağlıdır. Fransanın yürütdüyü bu siyasət, o cümlədən iqtisadi istismar və siyasi müdaxilə onun müstəmləkəçilik düşüncəsini davam etdirdiyini göstərir. Biz, aşağıdakı məsələlərə qarşı etirazımızı bildiririk:

1. Fransanın digər ölkələrin resurslarını istismar edən iqtisadi siyasəti;

2. Həmin xalqların suverenliyinə xələl gətirən siyasi müdaxiləsi;

3. Regionlarda sabitliyi pozan separatçı hərəkatlara dəstək verməsi.

Biz, sosial mediada narahatlığımızı bildirdikdən sonra Fransa Kibertəhlükəsizlik Agentliyinin (VIGINUM) rəhbərlik etdiyi koordinasiyalı təqib kampaniyasının hədəfinə çevrildik və bu kampaniya bizim fərdi təhlükəsizliyimizə, peşəkar nüfuzumuza və ifadə azadlığımıza ciddi təsir göstərdi.

VIGINUM-un qərəzli ittihamlarından sonra bizə qarşı sosial şəbəkələrdə koordinasiyalı şəkildə təzyiqlər və təhdidlərlə başlanıldı. Bizim sosial şəbəkə hesablarımızın qeydiyyatı zamanı təqdim etdiyimiz məlumatlarımızın məqsədli şəkildə ictimailəşdirilməsi fərdi təhlükəsizliyimizi təhdid altında qoyub. Fransanın dövlət qurumlarının bu addımları peşəkar imicimizə xələl gətirib, bizə mənəvi zərbələr vurub və ləyaqətimizin alçaldılmasına yol verib.

Fransa qlobal miqyasda dəstəklədiyini iddia etdiyi dəyərlərə qarşı tez-tez çıxış edir. Cənubi Qafqaz regionu Fransanın müstəmləkəsi olmasa belə, bu, Fransanın regionun narahatlıq və qeyri-sabitliyə səbəb olan daxili işlərinə qarışmasına mane olmur.

Xüsusilə, Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı həssas dövrdə Fransa nəticəyə əks təsir göstərən rol oynayır. Hər iki ölkənin sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atdığı bir zamanda, vaxtilə münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən Fransa bunun əvəzində Ermənistanın daxilində revanşist və separatçı ünsürləri dəstəkləməyə üstünlük verir. Fransa bununla sülh prosesinə xələl gətirir və regional gərginliyi daha da artırır.

Bundan başqa, Fransa azərbaycanlılara və türklərə qarşı cinayət törətmiş şəxsləri sığınacaqla təmin edir. Separatçı hərəkatlara və terrorçulara verilən bu dəstək Fransanın sülh və ədalətə sadiqliyinə birbaşa ziddir.

Biz, beynəlxalq təşkilatlara çağırış edirik ki, Fransanın öz hərəkətlərinə görə cavab verməsi ilə bağlı tədbir görsünlər. Fransanın yanlış hərəkətlərini ifşa edən səslərin boğulmasını pisləmək və bununla bağlı qanuni tədbirlər görmək vacibdir. Beynəlxalq ictimaiyyət söz və ifadə azadlığı, digər ölkələrin işlərinə qarışmamaq prinsipi kimi əsas dəyərləri sarsıdan hər bir ölkəyə qarşı çıxmalıdır. Bu dəyərlər sivil dünyanın ayrılmaz hissəsidir, dünyada sülhün və ədalətin qorunması üçün çox böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq təşkilatlar Fransanın bu hərəkətlərinə qarşı sərt mövqe tutmaqla həm ali dəyərlərə sadiq olduqlarını bir daha təsdiqləyə, həm də heç bir ölkəyə ədalətsizliklə mübarizənin qarşısına sədd çəkməyə imkan verilməyəcəyini nümayiş etdirə bilərlər”.


Bəyanatı İslam Bafadarov, Sərvaz Abbasov, Anar Qazıyev, Fatimə Şıxıyeva, Elməddin Behbud, Ayşən Aslan Məmmədli, Samirə Talıbova, Tacəddin Gözəlov, Aygün Cəlilzadə və Fəridə Əyyubova imzalayıblar.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}