2023-cü ilin sentyabrında AB-nin sanksiya siyahısından çıxarılan Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov Lüksemburqdakı məhkəmə orqanının qərarından sonra AB Şurasına qarşı məhkəmədə qalib gəlib.Xəbər verilir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, AB Şurasına Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları 2022-ci il aprelin 8-dən ləğv etmək tapşırılıb:
“Məhkəmə həmçinin AB Şurasına bu işlə bağlı bütün məhkəmə xərclərini ödəməyi tapşırıb”.Qeyd edək ki, 2023-cü il sentyabrın 14-də AB Şurası sahibkar Fərhad Əhmədovu şəxsi sanksiyalar siyahısından çıxarıb.
Becan.az