Son sözü Türkiyə Ordusu deyəcək

11:34 8.06.2024 1 190
Son sözü Türkiyə Ordusu deyəcək

7 oktyabrda HƏMAS və İsrail arasında müharibə başlayandan sonra Yaxın Şərqdəki balans alt-üst oldu. Türkiyə ötən ilin sentyabr ayında BMT-nin 78-ci sessiyası çərçivəsində Misir, İsrail və Yunanıstanla yüksək səviyyəli görüşlər keçirdi. Bu görüşlər zamanı Şərqi Aralıqdakı enerji resurslarının Avropaya nəqli barədə razılaşma müqaviləsi üçün hazırlıq aparılırdı.

Bu sözləri Axar.az-a PKK/PYD terror təşkilatının Suriyada 11 iyunda keçirməyi planlaşdırdığı seçkiləri təxirə salması haqqında danışan Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professor PKK/PYD-nin bu həmləsini İsrailin Türkiyəyə qarşı addımı kimi dəyərləndirib:

“Normallaşma mərhələsinə girən İsrail-Türkiyə münasibətlərini də müharibə yenidən kəskinləşdirdi. Çünki İsrailin Qəzzada etdiklərini, sərgilədiyi mövqeni heç cür qəbul etmək mümkün deyil. Üzərindən 245 gün keçməsinə rəğmən Qəzza məsələsində heç bir irəliləmə yoxdur və vəziyyət gün keçdikcə daha da pisləşir. Hazırda Türkiyə HƏMAS üzərindən İsrailə qarşı böyük bir diplomatik həmlə həyata keçirir.

İsrail isə Suriyada PKK/PYD üzərindən Türkiyəyə qarşı bir seçki oyunu oynamağa cəhd edir. Məqsəd isə PKK/PYD-nin HƏMAS kimi qəbul edilməsinə nail olmaq və Türkiyəyə qarşı yeni cəbhə açmaqdır”.


Oqtay vəziyyətin gərginləşməsinin hərbi yolları da gündəmə gətirdiyini vurğulayıb:

“Bu məsələdə İran və Rusiyanın səssiz qalmasına səbəb isə 7 oktyabr hücumunun arxasında bu dövlətlərin olmasıdır. Seçki oyununu İsrailin qurduğunu bilirlər, ona görə də hələlik kənardan izləməyi üstün tuturlar. ABŞ-ın ikibaşlı cavab verməsinin isə səbəbi odur ki, orada həm İsrail lobbisi üzərindən PKK/PYD-nin seçki oyununu dəstəkləyən qrup, həm də Yaxın Şərqdəki maraqlara görə Türkiyə ilə əlaqələrin qurulmasına tərəfdar olanlar var. Yəni, ABŞ iqtidarında da məsələyə yanaşma problemi var.

Türkiyə heç bir halda bu seçkilərin keçirilməsinə və Suriyada terror dövlətinin qurulmasına imkan verməyəcək. Çünki ölkəmiz terrora qarşı açıq şəkildə mübarizə aparır. Əlbəttə, vəziyyət gərginləşdikcə hərbi həll yolları da Ankaranın masasında olacaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}