İslam dininin şərtləri - KƏLMEYİ-ŞƏHADƏT

10:19 5.01.2023 14 274
İslam dininin şərtləri - KƏLMEYİ-ŞƏHADƏT

Lə iləhə illəllah

Əssələmu aleykum!

Əvvəlki yazımızda İslam dinin 5 şərtinin olduğunu qeyd etmişdik. Bu yazımızda həmin beş şərtin biri və birincisi olan “Əşəhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu”dan yəni, Kəlmeyi-şəhadətdən danışacağıq. İlk öncə bunu bilməliyik ki, “Əşəhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu” kəliməsinin Azərbaycan türkcəsinə mənaca tərcüməsi “Mən, şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq Haqq, məbud yoxdur və Muhamməd onun qulu və elçisidir!” -deməkdir.

Gördüyümüz kimi, Kəlmeyi-şəhadət Allahın (Azzə və Cəllə) ibadətə layiq yeganə Haqq, məbud olduğunu və Muhammədin (sallallahu aleyhi və səlləm) Onun rəsulu olduğunu göstərərək iki şahidliklə tamamlandı. Bu yazımızda biz Kəlmeyi-şəhadətin birinci şahidlik tərəfini yəni, Kəlimeyi-Tövhidi oxucularımızla bölüşməyə və faydalanmağa çalışacağıq.

Kəlmey-Tövhid yəni, “Lə iləhə illəllah” kəliməsi özü iki hissəyə bölünür. Bu bölgü “İnkar” və “təsdiq” adlanır. Yəni, bu kəlimənin birinci hissəsi “Lə iləhə” - o deməkdir ki, “İbadətə layiq heç bir İlah, məbud yoxdur!”. “Lə iləhə”nin iqrarı ilə qul bütün ibadət olunanları inkar edir. Sonra isə Kəlmənin ikinci hissəsini yəni, “illallah” - “Allahdan başqa!” - deyərək, ibadətə layiq olan məbudun Allah olduğunu təsdiq etmiş olur.
Eyni zamanda “Lə iləhə illallah”ın özünün də 7 şərti vardır. “Lə iləhə illəllah”ın şərtləri aşağıdakılardır:

Elm (cahillikdən uzaq edir);

Yəqinlik (şübhələri yox edir);

Qəbul (inkarı yox edir);

Təslim (itaətsizliyi yox edir);

Sadiqlik (yalanı yox edir);

Məhəbbət (nifrəti aradan qaldırır) və

İxlas (yəni, səmimiyyət - bu da şirkdən uzaq edir).


Bir də, bu şərtləri misralara düzüb ədəbi dildə sizlərlə paylaşaq:

Cənnətin açarın tapdım insanlar!
Bu açar verəcək bizə girişi.
Açarın üstünə yazılıb “Tövhid”,
Həmçinin, var onun yeddi xır dişi.

Elm - cahillikdən uzaq saxlayar,
Elmsiz insanın qəlbi laxlayar.
Yəqinlik - şübhəni əridər qəlbdən,
Yəqinlik olmasa, qəlb pas bağlayar.

Qəbul et çəkinsin inkardan qəlbin,
Bil ki, Allahındır bu həqiqi din.
Təslim ol, boyun əy, itaət eylə,
Rəbbinin önündə, bi,l budur həddin.

Sadiq ol, yalanı öyrətmə dilə,
Rəbbin aman verməz, kəzzəb qafilə.
Məhəbbətlə yaxın qərar tut Ona,
Sevgini fərz elə, həm də nafilə.

İxlas ki, olmasa, bu əməllər heç,
İxlassız sayılan hər bir şeydən keç.
Qarşına qoyulsa dünyada hər şey,
Hər şeyə üz çevir, tək ixlası seç!

T.Saklı


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}