İslam dininin şərtləri - NAMAZ

14:24 13.01.2023 3 298
İslam dininin şərtləri - NAMAZ

Əssələmu aleykum!

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun) demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq".
Uca Allah Muhəmməd peyğəmbəri (salləllahu aleyhi və səlləm) öz xalqına elçi olaraq göndərdikdə, ona birinci olaraq Uca Allahdan başqa heç bir ilahının ibadətə layiq olmadığını və onun Allahın Elçisi (salləllahu aleyhi və səlləm) olduğunu buyurmağı əmr etmişdir. Bu iki həqiqətə şahidlik etmək ilə insan İslamı qəbul etmiş olur. Bunu qəbul edən insan Uca Allahla özü arasında bir əhd, saziş bağlayır və öz üzərinə öhdəlik götürərək sanki "Allahım! Məni Sən yaratdın, Sən mənim Rəbbimsən, ibadət edilməyə haqqı olan və layiq olan yalnız Sənsən! Bütün kamil sifətlərə sahib olan da yalnız Sənsən! Mən yalnız Sənə ibadət edəcəyəm və Sənə heç bir şeyi şərik qoşmayacağam, Sənə ibadət etməkdə yalnız Sənin göndərdiyin elçinə - Muhəmməd peyğəmbərə itaət edəcəyəm, yalnız ona tabe olacağam!" - deyir. Bu məna qısa şəkildə "ƏŞHƏDU ƏNLƏ İLƏHƏ İLLALLAH və ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏN RASULULLAH" şəhadət kəlməsində ifadə olunur.

Bundan sonra həddi buluğa çatmış və ağılı başında olan hər bir müsəlmana gündə beş dəfə namaz qılmaq buyurulur. Allahın insanlara vacib buyurduğu ibadətlərin arasında namaz ən önəmli yerlərdən birini tutur. Məhz namaz vasitəsilə qul, onu yaradanın qarşısında səcdə etmək kimi ən gözəl ibadəti yerinə yetirir. Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq fürsətini qazanır. Şəhadət gətirib İslam dinini qəbul etdikdən sonra, namaz qılmaq ən əfzəl əməl sayılır.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə rəvayət edir: "Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır"? O, buyurdu: "Vaxtlı-vaxtında qılınan namaz". Mən soruşdum: "Sonra hansıdır"? O, buyurdu: "Valideynlərin qayğısına qalmaq". Mən yenə soruşdum: "Bəs sonra hansıdır"? O, buyurdu: "Allah yolunda cihad etmək".

Şəhadət gətirib namaz qılmayanın misalı bir müqavilə imzalayıb onun şərtlərini yerinə yetirməyənin misalına bənzəyir. Bu, həmin şəxsin ya müqavilənin şərtlərini yaxşı dərk etməməsindən, ya da onu yerinə yetirməkdən imtina etməsindən irəli gəlir. İnsanların bu günkü halı belədir. Görürsən ki, insanların əksəriyyəti şəhadət gətirir, lakin onu layiqincə dərk etmirlər və elə bilirlər ki, bu kəlmələri, sadəcə, əzbərləyib demək müsəlman olmaq üçün kifayət edir. Uca Allah insanın əldə edəcəyi hər bir şey üçün müəyyən vasitələr yaratmışdır. Məsələn, ruzi əldə etmək üçün işləmək, şəfa tapmaq üçün müalicə olunmaq və s. vasitələr yaratmışdır. Uca Allah bəndələrinin Ona yaxınlaşması üçün, Onun razılığını və əbədi səadət diyarı olan Cənnətini əldə etmək üçün də müəyyən vasitələr təyin etmiş, habelə Onun qəzəbinə səbəb olacaq və nəticədə Onun əzabına, Cəhənnəmə gətirib çıxardacaq əməlləri də bəyan etmişdir. Allah öz bəndələri üçün müəyyən ibadətləri, başlıca olaraq da namaz qılmağı vacib etmişdir. Namaz qılmayan insan həqiqi mömin ola bilməz, nə qədər yaxşı işlər görsə belə. Namaz dinin dirəyidir və Qiyamət günü müsəlmandan ilk soruşulacaq əməldir. Əgər insan onun haqq-hesabını verməkdən üzü ağ çıxarsa, digər bütün əməlləri qəbul olunacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Əgər namazı qaydasında olarsa, nicat tapacaq, əks təqdirdə isə ziyana uğrayacaqdır".

Təəssüflər olsun ki, insanların əksəriyyəti dünyanın müvəqqəti bər-bəzəyinə aldanır, öz nəfsi istəklərinin ardınca gedərək, həqiqi məqsədlərindən yayınırlar. Halbuki Allah insanı yalnız ona ibadət etmək, Onun əmr və qadağalarına riayət etmək üçün, dünyanı isə axirətin tarlası olması üçün yaratmışdır. İnsan dünyadan köçdükdə onun əməlləri kəsilir və o, əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Orada olan nemətləri və əzabları gördükdə əbədi səadəti dünyanın aldadıcı zövqünə qurban verdiyinin acısını hiss etməyə başlayır və fürsəti əldən verdiyi üçün son dərəcə peşmançılıq çəkərək, Allaha yalvarır: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm...". (əl-Mu'minun, 99-100)

Uca Allah başqa ayədə buyurur: "Həmin gün zalım kimsə barmaqlarını dişləyərək, deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım"! (əl-Furqan, 27-28)

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz tələbələrinə həmişə nəsihət edərək, belə deyirdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. Onların hər ikisinin öz oğulları (qəlbən ona bağlı olan adamları) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün əməl edirsiniz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir əməl edə bilməyəcəksiniz".

T.Saklı
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO