Niyə Bozqurd? Bu işarənin tarixi nə vaxta dayanır?

12:33 5.07.2024 1 225
Niyə Bozqurd? Bu işarənin tarixi nə vaxta dayanır?

Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının 1/8 finalında türkiyə yığmasının üzvü Melih Dəmiralın Bozqurd işarəsi göstərməsi ilə başlanan qalmaqa bu mövzunu bir daha gündəmə gətirib.

Kult.az avropalıları ciddi şəkildə “narahat” edən bu simvolla bağlı ümumi məlumatların bir hissəsini qısaca təqdim edir:

Bozqurd işarəsi, salamlaşması Altaylardan üzü bəri gələn türk simvoludur. Milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti Bozqurd işarəsini öz ideya mənsubiyyəti üçün simvol seçiblər.

Tarixi araşdırmalara görə, Qərbə köç edən hunlar, qıpçaqlar və peçeneqlər kimi bir neçə türk qövmü öz nəsilləri, kimliklərini təmsil və ifadə etmək üçün bu işarədən istifadə ediblər.

Türklərin totemlərindən ən yayğını olan bozqurd haqda bir neçə rəvayət var: ən çox qəbul ediləni Aşina soyunun dişi qurddan törəməsidir, sonradan bu nəslin Ergenekondan çıxmasına da bozqurdun yol göstərdiyi rəvayət edilir. Göytürklər imperiyasını Aşina yaradıb.

Bozqurdun totem seçilməsi yalnız bununla bağlı deyil: qurd “ən yırtıcı” hesab olunur – onun alt çənəsinin nisbətən qabağa olması ovunu anında parçalamasına səbəb olur; qurd çox ağıllıdır, ov üçün mükəmməl ssenarilər qurmağı bacaran nadir yırtıcıdır.

Qurd məğlub ola biləcəyi heç bir döyüşə girmir, arxasını heç kəsə çevirmir, digər qurdla ətrafı seyr edəndə belə üz-üzə dayanır – həm “yoldaşının özünü”, həm də onun arxasındakı ərazini nəzarətdə saxlayır.

Əhlləşməyən, qəfəsə sığmayan yeganə yırtıcıdır. Ona görə də Bozqurd – azadlığın rəmzi sayılır.

“Qurd kimi ağıllı” ifadəsi təsadüfən yaranmayıb. “Qurd” ayamalı insanlar da tariximizdə çox olub, hazırda da var. Qorxmaz, güclü, cəsarətli, hiyləgər, heç kəsə güvənməyən şəxslər haqda işlədilir.

Qurdla bağlı xalqımızın yaddaşında saysız-hesabsız atalar məsəlləri də var.

Göktürklərin mavi bayraqlarında qurd təsvir edilib. Müharibəni, döyüş ruhunu, azadlığı, sürəti, təbiəti təmsil edir. İnanca görə türk millətinin başına bir iş gələndə, təhlükə yarananda bozqurd peyda olur və onlara yol göstərir. Çadırların qarşısına qızılı qurd başlı dirəklər qoyulurdu. VI əsrə aid bir daş abidədə canavar südü əmən oğlan təsvir edilib (Aşina rəvayətinə aiddir). Türk xalq mədəniyyətində cibində canavar dişi gəzdirməyin insanı bəd nəzərlərdən qoruyacağına inanılır. Yakut sənədlərində onların canavarlarına Bosko deyilir. Qırğızlar üçün çöldə gəzərkən canavar görmək xeyirə yozulur. “Kitabi-Dədə Qorqud” dastanında da “qurd üzü mübarəkdir” deyə öyülür, Qazan xan yurdunu, el-obasını qurddan sorur.

Yuxuda canavar görmək xeyirli əlamətdir. Qoyun sürüsünə dalmaq və ya tövləyə girmək canavar üçün bir nemət sayılırdı.

Xalq inancına görə, qurd yalnız Tanrının əmri ilə hərəkət edir: əgər sürüyə girib, öz nemətini aparırsa, adi qarşılanır, ancaq sürünü bölürsə (çoxsaylı heyvanı boğub-öldürüb, heç birini aparmırsa), bu, Tanrının qəzəbi sayılır.

Türk ordusu haqda “Tanrının ordusu” ifadəsi, “Tanrının bir xalqa qəzəbi tutanda onun üstünə türk ordusunu göndərir” ifadələri də buradan yaranıb.

Attilanın (Atilla) “Tanrının qırmancı” adlanmasının səbəbi həm də budur.

Bozqurd simvolu da yüzillər öncə yaranıb. Bu simvola X əsr İran şairi Firdovsinin Bozqurd işarəsi hazırlayan türk qadınların miniatürlərinin daxil olduğu "Şahnamə"sində də rast gəlinir. Çində Bozqurd işarəsini düzəldən türk xanının VI əsrə aid heykəli var. Mağarada tapılıb və islamdan əvvəlki Göktürklər dövrünə aiddir.

Bir sözlə, Bozqurd - azadlıqdır, Bozqurd - cəsarətdir, Bozqurd – türk xalqının tarixi yaddaşıdır!

Tanrı Türkə yar olsun!

Orxan SAFFARİ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO