Tarixini bilməyənin gələcəyi qaranlıq olar

21:16 19.02.2023 2 871
Göytürk Xaqanlığı (552-744)

Tarixini bilməyənin gələcəyi qaranlıq olar

(V hissə)
Qapağan xaqanın hakimiyyəti (691–716)

...Qapağan xaqan da qardaşı İlteriş xaqanın siyasətinə yaxın bir siyasət yeritdi. Qapağan xaqan İlteriş xaqanın Çinə olan təzyiqini daha da artıraraq, dəfələrlə Çin üzərinə hücuma keçdi. Yürüşlərində uğurlu olan Qapağan xaqan dövlətin gücünü artıraraq, təsir dairəsini genişləndirdi. İlteriş xaqan dövründən başlayan türkləri yenidən bir bayraq altında toplamaq siyasəti Qapağan xaqanın dövründə tam şəkildə nəticə verdi. Onun hakimiyyəti illərində qırğızlar, türkeşlər, basmıllar da tabe edildi. Daha sonra qarluqlar və oğuzların da tabe edilməsi ilə bu iş yekunlaşdırıldı.

Qapağan xaqanın hakimiyyəti illərində hərbi uğurlarla yanaşı, aparılan aqrar islahatlar nəticəsində türk topluluqlarının rifah səviyyəsi yüksəldi. Onun dövründə həyata keçirilən toxum islahatı və Çinin istifadə etdiyi metodların istifadə olunması nəticəsində bu sahədə ciddi irəliləyiş əldə olundu.

Qapağan xaqanın hakimiyyətdə olduğu 25 il ərzində türk topluluqları həm iqtisadi, həm də mədəni cəhətdən inkişaf etdi. 716-cı ildə onun ölümündən sonra yerinə İnel xaqan keçsə də, o, Kül Tegin tərəfindən ələ keçirilərək, öldürüldü.

Bilgə xaqanın hakimiyyəti (716 – 734)

Bilgə xaqanın əsl adı Bögü idi. Taxta çıxdıqdan sonra Bilgə adını qəbul etdi. İlteriş və Qapağan xaqanın dövründə yatırılan üsyanlar Bilgə xaqanın hakimiyyətinin ilk illərində yenidən baş qaldırdı. O, bu üsyanları yatırdı və dövlətin nizamının pozulmasının qarşısını aldı. Bu üsyanlar dövründə tabe olmaqdan yayınan qarluqlar və uyğurlar yenidən tabe edildi. Bu üsyanlarda Göytürk Xaqanlığının artan təzyiqini zəiflətmək istəyən Çinin təsiri vardı. Bu səbəbdən Çini cəzalandırmaq üçün Tonyukukun rəhbərliyindəki Göytürk ordusu Çinə hücuma keçdi. Baş verən döyüşdə Yüan Çenin rəhbərliyindəki 300 000 nəfərdən ibarət olan Çin ordusunun məğlub edilməsi Çinə ağır zərbə vurdu. 722-ci ildən sonra onların müqavimətinin qırılmasının ardından Çinlə sülh münasibətləri quruldu.


Bilgə xaqanın hakimiyyəti illərində türk topluluqları mədəni cəhətdən daha da irəlilədilər. Bilgə xaqan oturaqlaşmağa, Buddizm və Taoizmə olan marağından Tonyukukun məsləhətləri nəticəsində daşındı.

731-ci ildə Bilgə xaqanın qardaşı Kül Tegin öldü. Onun ölümündən sonra Çinlə olan münasibətlər yenidən pozuldu. 733-cü ildə baş verən döyüşdə Çin orduları məğlub edildi. 734-cü ildə Bilgə xaqan Buyruq Çor tərəfindən zəhərləndirildi. Amma ölməzdən əvvəl onu və ailəsini cəzalandırdı.

İkinci Göytürk Xaqanlığının zəifləməsi və süqutu

Bilgə xaqanın ölümündən sonra dövlətdə qarışıqlıq və üsyanlar baş qaldırdı. Bilgə xaqanın ölümündən Göytürk Xaqanlığının dağılmasına qədər olan 11 il ərzində Yollıq xaqan, Bilgə Qutluq xan, Ozmış Teqin xan və Bilgə Qutluq Tenqri xaqan hakimiyyətdə olmuşdu. Onların hakimiyyəti illərində xaqanlıqda Çin təsiri və vətəndaş müharibəsi yenidən artmış, Göytürklərə tabe olan basmıllar, qarluqlar və uyğurlar tabeçilikdən çıxmışdı. Sonuncu Göytürk xaqanı olan Ozmış Teqin xaqan basmıllarla mübarizədə məğlub oldu və həbs olunaraq öldürüldü. Kəsilmiş başı isə Çinə göndərildi. Basmılların rəhbəri "İl etmiş xaqan" adı ilə hökmdar elan olundu.


Beləliklə, 742-ci ildə Göytürk Xaqanlığına Basmıl xaqanlığı son qoydu. Lakin Basmıl dövlətinin də ömrü uzun sürmədi və başqa bir türk dövləti olan Uyğur Xaqanlığı tərəfindən son qoyuldu.

Göytürk Xaqanlığında idarəetmə

Göytürk xaqanlığında mühüm qərarlar qəbul olunarkən, xaqan seçilərkən, insan və heyvanlar sayılarkən Qurultay toplanırdı. Göytürk Xaqanlığının başında Xaqan titulu daşıyan hökmdar dayanırdı. Xaqan müharibələr aparmalı, dövlət işlərini qaydaya salmalı, törələrə əməl olunmasına nəzarət etməli və əhalinin ehtiyaclarını qarşılamalı idi.

Göytürk Xaqanlığının sərhədləri genişləndikcə, ölkə şərq və qərb olaraq idarə olunurdu. Bir qayda olaraq, Birinci Göytürk Xaqanlığı parçalanana qədər qərb şərqdən asılı idi.

Xaqanın həyat yoldaşı “xatun”, Xaqandan sonra gələn şəxs isə “yabqu” titulu daşıyırdı. Xaqanlığın qurulduğu ilk illərdə bir yabqu vardı. Sonralar dövlətin sərhədləri genişləndikcə, yabquların sayı da artdı. İlk hökmdar olan Bumın xaqanın dövründə onun doğma qardaşı olan İstəmi yabqu titulu daşıyırdı. Göytürk şahzadələri “tigin” (Tegin) və ya “şad” titulu daşıyırdı. Onlar bölgələrə hakim təyin olunur, ordu birliklərini idarə edirdilər. Şahzadələrin həyat yoldaşları “konçuy” tituluna, boy hökmdarları isə “xan” tituluna sahib idi. Bunlardan başqa, “tarxan”, “çur”, “apa” və “tudun” kimi yüksək vəzifələr də vardı.


Göytürk Xaqanlığında dövlət “İl” adlanırdı. Bilgə xaqan və Kül Tegin abidələrində dövlətin bir hissəsi mənasında “Yir-Sub” anlayışından istifadə olunur.

Göytürklərə görə, xalq və torpaq dövləti əmələ gətirən iki önəmli ünsürdü. Göytürk Xaqanlığında siyasi iqtidar “qut” anlayışı ilə ifadə olunurdu. Qutun sahibi dövlətin də sahibi olurdu. Hakimiyyətin ilahi mənşəli olduğu qəbul olunurdu. Kül Tegin abidəsində bu öz əksini tapmışdır. Göytürk Xaqanlığında xalq “budun” adlanırdı.

Göytürk Xaqanlığında mədəniyyət

Göytürkcə və Azərbaycan dilində olan bəzi sayların müqayisəsi(solda Azərbaycanca, sağda Göyrürkcə):

Bir - Bir;
İki - İki;
Üç - Üç;
Dörd – Tört;
Beş - Biş;
Altı - Altı;
Yeddi – Yidi;
Səkkiz - Sekiz;
Doqquz - Tokuz;
On - On.



Göytürklər köçəri həyat tərzi keçirirdilər. Aparılan tədqiqatlar və araşdırmalar nəticəsində Göytürklərə aid olan yazılı abidələr və qalıntılar tapılmışdır.
Göytürklərin dillərinə uyğun yazı sistemi vardı. 38 hərfdən ibarət olan Göytürk əlifbasında sətirlər sağdan sola oxunurdu. Bəzi hallarda soldan sağa oxunan hallara da rast gəlinir. Bu əlifba ilə yazılmış Orxon-Yenisey abidələri türk dilinin VII əsrdə inkişaf etmiş mədəni dil olduğunu göstərir.
Göytürklərdən geriyə qalan ən önəmli abidələrə Orxon-Yenisey abidələri aiddir. Bu abidələr qədim türk dilini öyrənmək baxımından önəmlidir. Orxon abidələrinə Ongin, Kül Tegin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Temir və Suci abidələri daxildir. Yenisey abidələri isə Orxon abidələrinə nisbətən daha sadə dillə yazılmışdır və tədqiqatçıların fikrincə, Orxon abidələrindən daha qədim hesab olunur.

Göytürk Xaqanlığından qalan miras

Göytürk Xaqanlığı adında “türk” sözü işlənən ilk dövlət olduğundan, türk tarixində mühüm önəmə sahibdir. Göytürk Xaqanlığı Böyük Hun İmperiyası parçalanandan sonra, bozqırda yaşayan türk topluluqlarını yenidən bir bayraq altında birləşdirmişdir. Onlardan geriyə qalan yazılı abidələr türklərin yazı mədəniyyətinə sahib olmasını göstərmək baxımından ən dəyərli sübutlar hesab olunur. Xəzər xaqanlığı və Şatoların öz əsaslarını Göytürklərdən götürdüyü qəbul olunmuşdur.


Göytürklər dövründən bugünə “Yaradılış”“Ergenekon” dastanları gəlib çıxmışdır. Həmçinin Göytürk tarixinə aid olan Aşina Cieşeşuay üsyanı və İkinci Göytürk Xaqanlığının qurulması çağdaş dövr bədii ədəbiyyatına da təsir göstərmişdir. Belə ki, Hüseyn Nihal Atsız tərəfindən yazılmış olan "Bozqurdların ölümü""Bozqurdlar dirilir" əsərləri bu hadisələr əsasında yazılmışdır.

Mövzuya aid qeydlər

Əfsanəyə görə,Türk soyu dişi boz qurddan törəmişdir.

Aşina soyu 500 ailə ilə jujanların tabeliyində Altay dağlarının cənubunda yaşayırdı. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı.


Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi). İki müttəfiq – Dulu və Nuşibi tayfa ittifaqları arasındakı sərhəd Çu çayı oldu.

***


Azərbaycanın 5 manatlıq əskinasının arxa üzündə Orxon-Yenisey əlifbası və Kül Tegin kitabəsi çap olunub. Kitabədə yazılır: "Türk millətinin adı, sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı, sanı yox olmasın deyə, məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum".

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:37

Sürücülük vəsiqəsi ilə bağlı yeni QƏRAR

13:10

Leysan yağışlar yağacaq, temperaturlar enəcək

12:44

Təhsil naziri məktəblərdəki qanunsuzluqdan danışdı

13:59

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü - VİDEO

13:31

Rus generalın ölümündə Bakı ermənisi şübhəli bilinir

11:16

Alim Qasımovdan 5 milyon manatlıq villa ilə bağlı AÇIQLAMA

20:43

ƏYNİMDƏKİ YOL... - (poema)

18:47

Qazaxıstan Rusiyadan asılılığı azaldır: Çinlə 70 müqavilə...

18:23

İrəvan ermənilərə nəyə görə verilib? – Kuba jurnalı

17:57

Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

14:20

Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

21:44

Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı AÇIQLAMA yayıb

19:07

Azərbaycan və Rusiya arasında münasibətlər öz yerinə qoyulacaq - Putin

12:05

Azərbaycan Trampın bu xahişinə əməl edə bilməyəcək...

11:48

Əliyev və Pezeşkian Pekində ana dilində söhbət etdilər - VİDEO

11:37

Əliyev və Putin belə görüşdülər - VİDEO

11:31

Çində İlham Əliyev və xanımı ziyafətdə iştirak ediblər

11:26

Çin yeni raketlərini nümayiş etdirdi

11:20

Ukraynada sülh bu halda mümkündür...

09:58

Putin Əliyevlə nəyə görə görüşmək istəmədi? - Politoloq

19:10

Putin Pezeşkianla görüşüb

19:03

Ermənistan Azərbaycanla razılaşmaları həyata keçirməkdə qərarlıdır - Paşinyan

18:55

Mehriban Əliyeva və Anna Akopyan birgə şəkil çəkdiriblər - FOTO

22:12

Muğam qalmaqalına Xalq artisti də qoşuldu: Münsiflər ədalətsizlik edib

19:34

Bəxtiyar Ersayın yerinə yeni TƏYİNAT

19:22

Köçkünlər qayıtmaq istəmir, yoxsa?..

19:15

Putinin Çində görüşəcəyi liderlərdən biri Ərdoğan olacaq

19:09

Türkiyədən İsrailə böyük zərbə...

19:05

“Gediş haqqının 1 manat olması yolverilməzdir!” – Ekspertən sərt açıqlama

20:44

Türkiyə üçün BÖYÜK GÜN - Ərdoğandan MÜHÜM AÇIQLAMALAR

20:37

"Sədərək" çoxdan sökülməli idi – Vahid Əhmədov

19:21

Əlcəzairin azadlıq ilahəsi – Cəmilə

18:26

Çinin 15 min km uçan raketləri ABŞ-ı qorxudur

13:10

Çox çay içmək anemiya yaradır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO