Mason təşkilatı Azərbaycanda rəsmi qeydiyyatdan keçəcək(?)

18:53 8.07.2024 3 409
"Elə bir ölkə olmayıb ki, onların fəaliyyəti dayandırılıb, ölkədən çıxarılsın”
Mason təşkilatı Azərbaycanda rəsmi qeydiyyatdan keçəcək(?)

Xəbər verildiyi kimi, Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.

Bu barədə "Rusiya Böyük Mason Lojası"nın səhifəsində məlumat verilib.

Toplantı iyunun 28-də baş tutub. Məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.

“Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vaşinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vaşinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. 2002-ci ildə onlar Moskvada “Drujba No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vaşinqton D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000” layihəsini yaratdılar,” - deyə, “Azərbaycan Milli Böyük Lojası”nın rəsmi açıqlamasında vurğulanıb.


Masonların Azərbaycanda keçirilmiş böyük toplantısı ilə bağlı Referans.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev danışıb.

O, bildirib ki, Azərbaycanda masonların fəaliyyəti təxminən 20-ci əsrin əvvəllərində başlayıb və yavaş-yavaş genişlənib və hazırda onların təşkilatı elə bir həddə gəlib çıxıb ki, masonlar Ədliyyə Nazirliyində təşkilatlarını qeydiyyatdan keçirməkçün sənədlər təqdim ediblər:

“Nazirlik hələ ki, bu sənədləri təsdiq etməyib, amma, mənə elə gəlir ki, müəyyən bir müddət keçdikdən sonra sözügedən sənədi təsdiqləyəcək. Mason təşkilatının Azərbaycandakı nümayəndəsi bununla bağlı deyib ki, yüksək dərəcəli masonlar bu ilin sonuna qədər Azərbaycana gələcəklər və burada onların nüfuzlarının çoxalmasını nəzərə alaraq, hesab edirlər ki, Ədliyyə Nazirliyi onları qeydiyyatdan keçirəcək. Bundan sonra biləcəyik ki, Azərbaycanda masonların təşkilatı var.

Bu təşkilatın niyyəti təxminən, deyərdim ki, Azərbaycanda 1990-cı ildən fəaliyyət göstərən nurçuların niyyəti qədər yüksəkdir. Çünki nurçuların da dünyanın 80-dən çox dövlətində məktəbləri var və onlar iş aparırlar. Bizdə 2014-cü ilədək fəaliyyət göstərdilər, 2016-cı ildə Türkiyədə çevriliş cəhdi olandan sonra, çevrilişin səbəbi onların fəaliyyəti ilə əlaqələndirildi.

Masonların fəaliyyəti də nurçular kimidir. Onların buradakı cavanlarla bağlı olan təşkilatı açıq şəkildə fəaliyyət göstərir. Bu idman və turizmlə bağlı təşkilatdır. Azərbaycanda masonlar öz təşkilatları vasitəsilə bizim idmançıları başqa ölkələrə göndərirlər. Bizim bir qrup idmançını İrana da gödərmişdilər. Masonlar Azerbaycanda fəaliyyət göstərirlər, sadəcə, bu fəaliyyət görünmür. Çünki gizli işləyirlər. Gizli fəaliyyət onları motivləşdirir. Masonların üzvləri bir-birini himayə edir. Bir-birindən ötrü, nə istəsən, edərlər. Bu, çox vacib amildir. Masonların özlərinin də etiraf etdiyinə görə, dövlət qurumlarında, siyasət sahəsində adamlarını yerləşdirirlər. Öz saylarını artırıb, nüfuzlarını genişləndirirlər”.

DQİDK-nın keçmiş sədri, professor Rafiq Əliyev deyir ki, mason təşkilatının Azərbaycanda tədbir keçirməsi normal haldır. Çünki onlar belə tədbirləri hər il müxtəlif ölkələrdə keçirirlər:

“Onların olduğu ölkələrin sayı təxminən 86-dan çoxdur. Masonlar böyük beynəlxalq təşkilatda cəmləniblər. Deyərdim ki, ABŞ-ın bütün prezidentləri mason təşkilatının üzvü olub və indi də elədir. Yüksək səviyyəli konqressmenlər, biznessmenlər hamısı masson təşkilatının üzvü olaraq öz biznesini, siyasi fəaliyyətini davam etdirirlər. Bizdə də yəqin ki, masonlar bu ilin sonunadək mövcudluqlarını qeyd edəcəklər. Yəqin ki, biz onların az-çox fəaliyyətini görəcəyik. Necə ki, nurçular Azərbaycanda fəaliyyət göstərdilər, amma, biz onların fəaliyyətinə 18 il sonra qiymət verdik. Azərbaycanda da masonlar öz fəaliyyətlərini davam etdirəcəklər. Elə bir ölkə olmayıb ki, onların fəaliyyəti dayandırılıb, ölkədən çıxarılsın”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}