"Nikol Paşinyan məzuniyyətdən sonra, avqustda mətbuat konfransı keçirməyi planlaşdırır. O, burada noyabrda Bakıda keçiriləcək COP29 sammitində Ermənistanın iştirakı ilə bağlı Azərbaycanın dəvətinə cavabını açıqlayacaq".Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın sorğusuna Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl rəsmi Bakı Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.