Fövqəladə Hallar Nazirliyi katibliyinin rəis müavini vəzifəsindən kənarlaşdırılıbmış.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1951-ci il təvəllüdlü Fikrət Talıbov sözügedən vəzifədən kənarlaşdırılaraq, hüquq idarəsində yeni vəzifəyə təyin edilib.
Qeyd edək ki, əvvəl Fikrət Talıbov katibliyin rəis əvəzi vəzifəsini daşıyırdı. Onun yerinə 1981-ci il təvəllüdlü Hikmət Səmədov təyin olunub.
Bütün bu təyinatlar isə nazir, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə gerçəkləşib.
Xatırladaq ki, 72 yaşlı Fikrət Talıbov ləğv edilən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən polkovnik-leytenant rütübəsindən təqaüdə göndərilərək, FHN-də vəzifəyə təyin olunub.
Becan.az