Ukrayna 748 əsirin siyahısını Rusiyaya verib.
Yenixeber.org: Bunu Ukrayna Ombudsmanı Dmitri Lubinets deyib.
"Ukrayna tərəfi 748 xəstə və ağır yaralı ukraynalı əsirlərin siyahısını dəqiqləşdirmək üçün Rusiya tərəfinə verib. Onların hansı vəziyyətdə, harada saxlandıqları barədə praktiki olaraq heç bir məlumatımız yoxdur. Bu siyahının yoxlanılmasının nəticələri, həmçinin Ukrayna tərəfinə verilmiş yaralı rus hərbi əsirlərinin siyahısı məsələsi gələcək danışıqların mövzusu olacaq. Ukrayna 2014-cü ildən bəri Rusiya əsirliyində olan hər kəsi geri qaytarmaq istəyir", - deyə, o, bildirib.
"Türkiyə ukraynalıların qaytarılmasına kömək etmək istəyir. Prezident Rəcəb Tayyib Ərdoğan danışıqlar missiyasını üzərinə götürüb. Ona görə də ümid edirəm ki, proses irəliləyəcək və ukraynalılar öz vətənlərinə qayıda biləcəklər", - ombudsman söyləyib.
Becan.az